2011.ci ilin Bayram Günləri

Son güncelleme:
  • 2011-ci ildə hər 3 gündən biri qeyri-iş günü olacaq - 2011 qeyri iş günleri - 2011 ci ilin bayram günleri - 2011 ci ilin Bayram Günləri haqqda

    Nazirlər Kabineti Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi məlumat əsasında 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərini müəyyən edib.
    Belə ki, Novruz bayramı ilə əlaqədar 20-24 mart, Ramazan- 30-31 avqust, Qurban 6-7 noyabr qeyri-iş günləri olacaq.Qeyd edək ki, Azərbaycan Respublikasının bayram günləri konstitusiyanın 105-ci maddəsi ilə müəyyən edilib. Bunlara "Yeni il" (1 və 2 yanvar), "Qadınlar günü" (8 mart), Faşizm üzərində qələbə günü (9 may), Respublika günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun), Dövlət müstəqilliyi günü (18 oktyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (5 gün), Qurban bayramı (2 gün), Ramazan bayramı (2 gün) aiddir.
    Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
    Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
    Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.



    2011-ci ildə neçə gün iş günü olmamasını araşdırdıq. Yuxarıda adı çəkilən günlərlə yanaşı "20 yanvar", "31 mart", "Azərbaycan bayrağı günü" və s. kimi tarixlər və şənbə və bazar günləri də iş günü olmayacağını nəzərə alsaq, maraqlı bir mənzərənin şahidi oluruq. Araşdırmamız nəticəsində məlum oldu ki, gələn il 51 tam həftə var və bu 102 qeyri-iş günü deməkdir. Bundan başqa bayram, matəm və əlamətdar günləri də nəzərə alsaq, təxminən 2011-ci ilin 125 günü iş günü deyil. Bu isə, ilin 32-34 faizi deməkdir. Başqa sözlə desək, gələn il hər 3 gündən biri qeyri-iş günə düşür
0 0 0