dövlət bayramı azerbaycan 2011 - azerbaycan bayramlar 2011 - 2011-ci il Azerbaycan Bayram Günleri
2011-ci ildə dövlət bayramları neçə qeyri-iş günü ilə qeyd olunacaq?
Yeni il bayramı (2011-ci il yanvarın 1-i və 2-si) şənbə və bazar günlərinə təsadüf etdiyindən, qanunvericiliyə görə, yanvar ayının 3-ü və 4-ü də qeyri-iş günü hesab olunacaq.
Mart ayında Novruz bayramının (20-24 mart) bir günü bazara düşdüyündən növbəti iş günlərindən biri qeyri-iş gününə çevriləcək. Ayın 20-si bazar olduğundan vətəndaşlar martın 25-də də evdə oturacaqlar. Martın 26-sı və 27-si şənbə-bazar olduğundan Novruz bayramı tətili 10 gün çəkəcək. Martın 18-i, cümə axırıncı iş günü olacaq. Ayın 19-dan 28-dək isə tətildir.
Martda ayın 8-i də bayramdır - Qadınlar Günü.
Mayın 9-u (Faşizm Üzərində Qələbə Günü) və mayın 28-i (Respublika Günü) rəsmi bayram günləridir. Mayın 28-i şənbəyə təsadüf etdiyindən mayın 30-u qeyri-iş günü olacaq.
İyunun 15-i (Milli Qurtuluş Günü) çərşənbəyə, iyunun 26-sı (Silahlı Qüvvələr Günü) isə bazar gününə düşür. Bu səbəbdən ölkə iyunun 27-ni də bayram edəcək.
Avqustun 30-u və 31-i Ramazan, noyabrın 6-sı və 7-si isə Qurban bayramıdır. Noyabrın 6-sı bazar gününə düşdüyündən ölkə noyabrın 8-də də evdə qalacaq. Həmin günün ardınca isə Dövlət Bayrağı Günü - 9 noyabr gəldiyindən qeyri-iş günlərinin sayı artacaq. Necə deyərlər, noyabrda bayram bayrama qarışacaq.
İlin son bayram günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü - 31 dekabr şənbəyə təsadüf edir.
Beləliklə, 2011-ci ildə qeyri-iş günü olan 24 bayram günü var.
Matəm günü - 20 yanvar da qeyri-iş günüdür.
Digər üç dövlət bayramı - Müstəqillik Günü (18 oktyabr), Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) iş günləri sayılır.