Tarixde Bugün - 15 Aprel

Son güncelleme:
  • 15 aprel. İlin sonuna 260 gün qalır.

    1542. İtalyan rəssam Leonardo da Vinçi anadan olub

    1707. Alman fizik Leonard Eyler anadan olub

    1765. Rus alim Lomonosov anadan olub

    1795. Litva Rus İmperiyasına ilhaq edilib

    1896. Afinada Olimpiya oyunları başa çatıb

    1912. "Titanic" gəmisi bütövlükdə suya qərq olub. Qəzada təqribən 1500 nəfər həlak olub (statistika ziddiyyətlidir)

    1917. Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb

    1919. Sovet hökuməti "İslah əmək düşərgələri baş İdarəsi"nin (QULAQ) yaradılması haqqında dekret qəbul edib

    1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün rus həmkarı Çiçerinin adına növbəti nota göndərib

    1920. A.Qardaşovun "Əhrar" partiyası hökumət kabinetindən çıxarılıb

    1921. Birinci Azərbaycan kooperativ qurultayı başlayıb

    1924. Dünyada ilk avtomobil yolları atlası ABŞ-da tərtib edilib

    1927. SSRİ və İsveçrə diplomatik münasibətlər qurub

    1931. Türk Tarix Qurumu təşkil edilib

    1955. ABŞ-ın İllinoys ştatında ilk McDonalds açılıb

    1986. ABŞ HHQ Liviyaya bomba zərbələri endirib

    1992. Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurub

    1993. Avropa Şurası Nazirlər Komitəsi "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannamə" qəbul edib

    1998. Qırmızı Khmerlərin lideri, Kambocanın 1975-1979-cu illərdə dövlət başçısı Pol Pot (əsl adı Salos Sar) vəfat edib. Onun hakimiyyəti zamanı 3 milyonadək insan qətlə yetirilib

    2002. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol imzalanıb
0 0 0