Yüngül sisli bir havada və günəşin binaların arasından yeni yeni işıq saçmağa başladığı bir saatda, gəmiyə doğru irəliləyən gənc adam; jeton kassasında, təxminən iki ay əvvəl ayrıldığı sevgilisini görər və titrək bir səslə "salam" verərək danışmağa başlar. Bu danışmalar gəmidə də davam edər.
Adamın; "Hava o qədər də soyuq deyil, çöldə oturaqmı?" sualına, qızın "Olar" cavabı verməsiylə birlikdə gəminin ən üst qatına doğru çıxarlar.
Bir neçə dəqiqə havadan sudan söhbətlərlə keçdikdən sonra, adam qıza bir siqaret uzadar və özünə də bir dənə götürər. Daha sonra, gənc adam birdən sözə girər:
- Bilirəm, bu mövzuları daha əvvəl heç danışmadıq ya da danışa bilmədik deyim. Narahat olma amma, "Niyə ayrıldıq biz" sualını soruşmayacağam. Yalnız sənə söyləmək istədiyim bir neçə şey var, onları danışmaq istəyirəm.
Gənc qız; adama baxaraq, - "Bəli səni dinləyirəm, davam et" dedikdən sonra adam, danışmasına qaldığı yerdən davam edər:
- Bilirsənmi? Ayrıldıqdan sonra, səni siqaretə bənzətməyə başladım.
Qız, heç təxmin etmədiyi, əlaqəsiz bir mövzuyla sözə girməsinin verdiyi qarışıqlıqla,
"Nə? Necə yəni?" deyər.
Adam, əvvəl qıza uzatdığı siqareti və sonra öz siqaretini, cibindən çıxardığı çaxmaq ilə yandırdıqdan sonra:
- Məsələn bir dənə siqaret yandırıram və külqabına qoyub izləməyə başlayıram. Külqabına tökülən külləri gördükcə; xatirələrimiz ağılıma hər biri kül olub ağrılarıma çevrilir sonra. Arada bir əlimə alıram siqareti və içimə çəkirəm səni. Özümü zəhərləmək üçün; daha çox, daha çox çəkirəm. Bəzən də xatirələri silkələyirəm külqabına. "Sən zəhəri" xoşuma gedir, içimi ağrıdır, imtina edə bilmirəm; içimə çəkməyə davam edirəm. Ağızımdan çıxan hər tüstüdə, ayrılarkən mənə buraxdığın; son baxışının izdəri meydana çıxır. Hər siqaretin olduğu kimi, sənin də sonun yaxınlaşır. Və mən yavaş hərəkətlərlə; nə vaxt səni söndürmək üçün, əlimi aparsam külqabına, axmaqca bir ümidlə "Nə olar etmə!! " deyəcəyin zamanı gözləyirəm. Amma heç bir zaman eşidə bilmirəm səsini. "Və o an bitirdim səni" deyirəm. Xeyr xeyr özümü aldadıram yəqin, "Səni belə bitirə bilmərəm" deyirəm sonra. Amma baxıram külqabına; bəli! Sən oradasan, bəli! Xatirələr orada. Ancaq, əlimdə hələ qoxun var. Yusam da, heç çıxmayacaq bir qoxu. Anlayıram ki; bu siqaretdə, sənin çox az bir qisimini bitirmişim. Səndən xəbərsiz bir sən, həmişə içimdə yaşayırmış. Və anlayıram ki, yalnız sönürsən. Səni odlayacaq bir "Mən" gözləyirsən səbirlə. O "Mən", çox da gözlətmir səni. Bir daha yanmağa başlayırsan. Xatirələr ağrılar deyərkən yenə bitirsən. Yenidən yanır və bitirsən. Bu həmişə belə davam edir; sonunda vərdiş olursan.
Gənc qız izah edilənləri dinlərkən; təsvir edilməyəcək bir duyğu sıxlığı içində idi. Bir tərəfdən, birinin bu qədər acı çəkməsinə kədər hiss edərkən, digər tərəfdən də, özünün hələ unudulmamış olmasından, həzz alırdı. Əslində özü də unuda bilməmişdi gənc adamı. Öz istəyiylə ayrılmışdı amma; sevmədiyi ya da artıq bir şeylər hiss etmədiyi üçün deyil, ən yaxın rəfiqəsinin də, o insana qarşı bir sıra duyğular bəslədiyi üçün reallaşmışdı bu ayrılıq. Bunu; nə sevdiyi, nə də ən yaxın rəfiqəsi bilirdi. Sevdiyinə, "Bu əlaqədə bir şeylər əksikdir, mən daha çox davam etdirə bilməyəcəyəm, ayrılmalıyıq." deyə bir mesaj yazarkən; rəfiqəsinə isə, "Maraqsız bir sevgili olmağa başlamışdı günlər keçdikcə; çox sıxıntıya düşmüşdüm. Və bir gün onu, başqa biriylə qucaqlaşdığı anda gördüm. Buna görə ayrıldım." demişdi. Beləcə, həm sevgilisindən, özünə görə, məqbul bir səbəblə ayrılmış; həm də rəfiqəsinə, sevgilisini pisləyərək, ondan soyumasını təmin etmişdi. Özünün çox acı çəkəcəyini bilə-bilə, rəfiqəsini itirməmək üçün, belə bir yalanlar zəncirinə müraciət etmişdi. Artıq həyatını, bu yalanlara görə tənzimləməli idi. Buna görə; bu qarşılaşmalarında duyğularını bir tərəfə buraxıb, məntiqi ilə qərar vermək məcburiyyətində idi. Geri dönüşü yox idi və qız da bunun fərqində idi. Bütün detalları, ola biləcək bir qarşılaşma üçün düşünmüşdü daha əvvəldən. Adamın izah etdiklərini diqqətlicə dinləyir və sözünü bitirməsini gözləyirdi. Və adamla göz gözə gəlib, "Bitdi, bu qədər idi!" demişcəsinə baxmasından sonra, qız danışmağa başladı:
- Açıqcası bu dediklərin, heç gözləmədiyim şeylər idi. Mənim, bu deyilənlərdən bir şey etməmi gözləmə. Çünki bunlar; sənin öz düşüncələrin. Hər bitən əlaqədən sonra, yaşana biləcək duyğulardandır bu izah etdiklərin. Bunu söyləyə bilərəm amma; yaşadığımız əlaqədə, əlimdən gələn fədakarlığı göstərdiyimə inanıram. Səni heç bir zaman günahkar görmədim, hər şey məndən əsaslanırdı. Nəticə olaraq, bir qaydada bu əlaqə getmədi və bitdi. Bu qədər sadə.
- Bu qədərmi yəni?
- Bəli...
Gənc adam şok olmuşdu. Bəlkə, daha mülayim bir yanaşma gözləyirdi qızdan. Ancaq, qəti və qərarlı danışmışdı qız. Heç bir ümidin qalmadığına, özünü inandırmağa çalışırdı. Gəmi yanaşmış idi körpüyə. Tək bir söz belə danışmadan gəmidən endilər. Körpünün sonunda; gənc qız, adamı qucaqlayaraq "Sağ ol" dedi. Ancaq adam, ayrılarkən nə qucaqlamıışdı qızı, nə də bir söz çıxmışdı ağızından. Bir heykəl kimi dayanırdı qızın qarşısında. Qız da, bir reaksiya gəlməyincə; sürətlə oradan uzaqlaşmağı seçdi. Arxalarına belə baxmadan ayrıldılar. Qız, işyerinə çatdı. Yerinə oturduqdan dərhal sonra, cib telefonuna bir mesaj gəldi. Mesaj, köhnə sevgilisindən idi və belə yazırdı:
- "Həmişə bu qarşılaşmağı və sənə siqaret hekayəsini danışacağıç günü gözləmişdim. Və o gün, gözlərəmin içinə baxıb; söyləyəcəklərinə görə, həyatıma bir istiqamət verəcəkdim..."
Gənc qız, bu mesajdan heç bir məna çıxara bilməmişdi. Bu mesajı düşünərkən; bir mesaj daha gəldi:
- "... öz özümə söz vermişdim. Bu gün eşitdiklərim; məni xəyal qırıqlığına uğratdı və mən qərarımı verdim:"
"SİQARETİ BURAXDIM..."