Gənc adam əllərində bir buket çiçək, sahilə qaçaraq gəldi... Gözləri belə bir sahildə gəzişdi, axtardığını görə bilməyincə ilk gördüyü yerdə oturub sevdiyini gözləməyə başladı. Əllərində hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızısı güllər... Sanki budağından yeni qoparılmış kimi təzə idilər, buram buram iy verirdilər, sevgi iy verir, eşq iy verir ən əhəmiyyətlisi də həsrət və həsrət iy verirdi güllər... Hamısının üzərində damlalar vardı. Sanki ağlayır kimi idilər. Gənc adam güllərə baxdı, sanki onlarla danışırmış kimi, "Niyə ağlayırsınız, baxın mən nə qədər xoşbəxtəm" dedi. Az sonra sevdiyini görəcəyi üçün ürəyi yenə dəli kimi atmağa başlamışdı. Nə vaxt onu düşünsə, onunla görüşəcəyini xəyal etsə ürəyi eyni belə yerindən çıxacaqmış kimi olurdu. İllərdir bir-birlərini sevmələrinə baxmayaraq ikisidə sevgisindən heç bir şey itirməmişdi... Onları heç bir şey ayıra bilməzdi... Nə həsrət, nə ayrılıq, nə də ölüm...
Gənc adam təlaşla saatına baxdı. Sevdiyi yenə gecikmişdi. Üstəlik o, sevdiyini gözlətməmək üçün dəqiqələrlə əvvəl qaçaraq gəlir, onu gözləməyi belə sevirdi. Amma sevdiyi hər vaxt bunu edirdi. Davamlı özünü gözlədirdi. Hər kəsin bir qüsuru olarmış deyə düşündü...
Sonra söz üzüklərini taxıb, evliliyə ilk addımlarını atacaqdılar.
Artıq bezmişdi... Yenə sevgilisi gəldi ağılına.. Niyə gəlmədi görəsən deyə düşünməyə başladı. Gözlərini bağladı.