İnfeksion xəstəliklərin sıx müşahidə olunduğu günlərdə, C vitamini böyük əhəmiyyət daşıyır.Hər gün içilən bir stəkan portağal suyu əsəbləri sakitləşdirir. Mütəxəssisilər aparılan elmi araşdırmaların nəticəsindən sonra belə qənaətə gəliblər. Türkiyənin Hacettepe Universitetinin Qida və pəhriz bölməsinin Müəllimi Prof. Dr. Sevinc Yücecan, sağlam qidalanmanın sirlərini açıqlaqyıb. Onun fikirincə, boya, uyğun bədən çəkisini qorumaq üçün yağlı yeməkdən imtina etmək, şəkər istehlakını azaltmaq, həddindən artıq duz istehlakından qaçmaq lazımdır. Siqaret çəkmək və spirtli içki qəbulu da sizin bədən quruluşunuza mənfi təsir edən amillərdəndir. Faydalı qidalnmaq və sağlam həyat tərzi üçünsə tam taxıl məhsulları, meyvə-tərəvəzlə qidalanmaq və fiziki fəaliyyəti artırmaq lazımdır.
Qeyri düzgün qidalanma orqanizmin infeksion xəstəliklərə tez yoluxmasına səbəb olur. Bu xəstəliklər zamanı maddələr mübadiləsi pozulur, zülal, A və C vitamini, dəmir və sinkin bədəndəki miqdarı azalır. Prof. Yücecan, bu itkilərin bərpasının yeganə yolunu sağlam qidalanmada görür.
A vitamininin böyümə üçün lazımlı olduğuna toxunan Yücecan, sümüklərin inkişafı üçün çox əhəmiyyətli olan bu vitaminin bədəndə çatışmazlığı zamanı infeksion xəstəliklərə tutulma ehtimalının artdığını bildirir. Bu səbəbdən xüsusilə də uşaqların A vitamini ilə zəngin olan kök və ərik şirəsi içməsi məsləhət görülür. Bir stəkan ərik suyu, 4-8 yaş uşaqlarda gündəlik A vitamini ehtiyacının 48%, 9-13 yaş qrupunda 32 %, 14 yaşdan yuxarı kişilərdə 21%, 14 yaşdan yuxarı qadınlarda isə 27% -ni qarşılayır.
C VİTAMİNİ STRESİN QARŞISINI ALIR.
Sitrus bitkilərindən əldə edilən beş fərqli meyvə şirəsinin antioksidan dəyəri 65-100 % arasında dəyişir. Portağal suyunda yüksək miqdarda antioksidan var ki, bu da sağlamlığı inkişaf etdirici dəyərə malikdir. Bir stəkan portağal suyu gündəlik C vitamini ehtiyacının 30%-ni qarşılayır. Mütəxəssislər, xüsusilə yüksək stress keçirən insanlarda C vitamininin qoruyucu təsirinin daha yüksək olduğunu bildirirlər. Belə insanların hər gün bir stəkan portağal suyu içməsi məsləhət görülür. Xüsusilə siqaret çəkən insanların C vitamini qəbul etməsinə ehtiyac zəruridir.