Pullar haqqında deyilən fikirlər

Son güncelleme: 17.04.2011 17:52
  • Pullar haqqında deyilən fikirlər

    noimage

    Pul Bu bizim sivilizasiyanın icadıdır, halbuki onsuz da ötüşmək olardı. Və pullar ta qədimdən insanların fikir ayrılığına gətirən bir mövzulardandır. Varlı olmaq yaxşıdır yoxsa pis? Pul ümumiyyətlə nə məna kesb edir? Bir çoxları bu sualları cavabsız qoymayıblar. Pul barədə ən məşhur aforizmləri sizlərə təqdim edirik..

    Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən, mən pulları sevirəm. - Jeki Meyson

    Əgər siz banka $100 borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka $100 milyon borclusunuzsa, bu artıq bankın problemidir. - JP Getty

    Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır. - Amerikalıların atalar sözü

    Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borca verin. - Benjamin Franklin

    Bart, $10000 biz milyoner olacayıq! Biz hər şeyi ala biləcəyik, istədiyimiz hər şeyi, hətta sevgini belə - Hamımızın sevdiyi Simpsonlar ailesindən Homer


    İstədiyim bir şey var-mənə sübut edin ki, pullar məni xoşbəxt etməyəcək! - Spayk Milliqan

    Əslində pulu sevmirəm, amma sinirlərimi yatırır. Joe Luis

    Bir axmaq pul qazana bilər, amma onu sərf etmək üçün ağıllı olmaq lazımdır- Spurgeon

    Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz- Bernard Shaw

    Bütün qapıları açan puldur- Moltke

    Əgər biri "Mənim üçün pul deyil prinsiplər əhəmiyyətlidir." deyirsə, bilin ki əhəmiyyətli olan puldur- Kin Hubbard

    Əgər pulun dəyərini bilmək istəyirsənsə, get bir kimsədən borc pul istə- Benjamin Franklin


    Əldəki pul azadlığın alətidir. Lakin arxasınca qovulan pul, tam tərsinə köləlik alətidir- j. j. Rousseau


    Bəli kəfənin cibi yoxdur amma, bütün paltarların cibi vardır- Marwin Small


    Heç kim ovucunda pul, əlində bank dəftəriylə doğulmamışdır- D. Carnegie

    İnsanların çoxunu üzən, əllərində az pul olması deyil əllərindəki pulu sərf etməsini bilməyişləridir- D. Carnegie


    İnsanoğlunun heç bir icadı pul qədər fəsad verici deyil- Sophokles

    Qadını pulu üçün alcaq adam, ovucunu açarkən gözünü bağlamaq lazım gəldiyini bilməlidir- Refik Halit Karay


    Bələdçisi pul olana hər qapı açıqdır- Shakespeare


    Pul bir heçliyi belə birinci yerə gətirən biricik yoldur- Dostoyevski


    "Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır- Benjamin Franklin

    Pul yağışı altında çox şeylər edilir- Tomas Caryle


    Pul yaxşı bir xidmətçi, pis bir yoldaşdır- Alexandre Dumas

    Pul ya bizim başımızın bəlası və ya bizim xidmətçimizdir- Horatius

    Pul öndə gedib, insana bütün yolları açar- Shakespeare


    Pulun öldürdüyü ruh, qılıncın öldürdüyü bədəndən çoxdur-Walter Scott


    Pulun saxlanması qazanılmasından daha zəhmətli bir işdir- Montaigne


    Pulunuzu hələ saya bilirsinizsə, həqiqətən zəngin deyilsiniz deməkdir- j. Paul Getty


    Pulu köləniz edin, yoxsa yoldaşınız olar- Bernard Shaw

    Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır- Bernard Shaw
#17.04.2011 17:52 0 0 0