Qəhrəmanlar unudulmur

Son güncelleme: 25.04.2011 00:09
  • Qəhrəmanlar unudulmur!

    noimage

    Bu gün Azərbaycanın milli qəhrəmanları Rasim İbrahimov və Fariz Mədətovun doğum günüdür.

    Azərbaycanın Milli qəhrəmanı Rasim Səxavət oğlu İbrahimov 1962-ci ildə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradaraq, ona komandirlik edir. O Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşdə iştirak edib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüblər. Həmin döyüşdə yaralansa da, döyüşə sona qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq".

    Onun cənazəsi Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır, Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb.

    Azərbaycanın Milli qəhrəmanı Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olub. O xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı, Füzuli, Kəlbəcər, Tərtər istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. O, cəsur kəşfiyyatçı kimi ad çıxartdıb. Mühüm hərbi tapşırıqları ləyaqətlə yerinə yetirib. Dəfələrlə yaralanıb, amma Milli Ordunun sıralarını tərk etməyib. 1996-cı ildə yaraları şiddətli ağrı verdiyinə görə Ordu sıralarından tərxis olunub. Hazırda kapitan rütbəsində Yexlax polis orqanlarında çalışır.
#18.04.2011 20:43 0 0 0
  • çok güzelmiş ama okuyamadım... :)
#23.04.2011 09:02 0 0 0
  • Ayni dilmiz var inşallah...öyrenirsiniz...:)
#23.04.2011 13:02 0 0 0
  • bunlar kim detaylı açıklar mısın nsarsın.
#24.04.2011 19:28 0 0 0
  • Teşekkürler emeklerine sağlık
#25.04.2011 00:09 0 0 0