Pomidor şirəsində skumbriya balığı

Son güncelleme: 18.04.2011 23:55
  • noimage


    Tərkibi.
    300 qr skumbriya balığı
    1 ədəd şirin bibər
    200 qr pomidor şirəsi (tomat)
    2 x.q duru yağ
    2 diş sarımsaq
    qurudulmuş tərxun
    cəfəri
    istiot
    duz

    Balığa yaxşıca duz, istiot, qurudulmuş tərxun çəkib 10dəqiqə saxlayırıq.


    Sarımsağı təmizləyib doğrayırıq.


    Şirin bibəri təmizləyib dörtkünc doğrayırıq.


    Tavaya duru yağ əlavə edib sarımsağı , bibəri , pomidor şirəsini qovururuq və balığı qoyub qapağını örtürük. 15 dəqiqə ağzı bağlı şəkildə bişiririk. Lazım olarsa birazca su əlavə edə bilərsiniz. Bişdikdən sonra üzərinə doğranmış cəfəri səpib süfrəyə veririk.

    Nuş olsun!
#18.04.2011 23:55 0 0 0