Tarixdə bu gün 21 Aprel

Son güncelleme: 21.04.2011 01:55
  • Tarixdə bu gün - 21 Aprel

    ____________________________________

    21 aprel. İlin sonuna 254 gün qalır

    E.ə 753. Əfsanəyə görə Romanın əsası qoyulub

    1699. Fransız dramaturq Jan Rasin vəfat edib. Onun "Fedr" faciəsi Azərbaycan teatrında dəfələrlə səhnələşdirilib

    1735. Rus ixtiraçı İvan Kulibin anadan olub

    1913. Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib

    1918. Sovet hökuməti Rusiya və Sibirin müsəlman milli Parlamentini (Milli Məclis) buraxıb

    1921. Ermənistan SSR elan edilib

    1926. Qırğızıstan MSSR təşkil edilib

    1926. İngilis kraliçası II Yelizaveta anadan olub

    1944. Fransada Mülki Məcəlləyə edilən dəyişikliklə qadınlar səsvermə hüququ əldə edib

    1951. SSRİ Milli Olimpiya Komitəsi təşkil edilib

    1952. Yunanıstan və Türkiyə arasında viza rejimi ləğv edilib

    1954. SSRİ UNESCO-ya daxil olub

    1961. Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası qəbul edilib

    1967. Yunanıstanda polkovnik Papadokulosun rəhbərlik etdiyi hərbçilər seçkiyə bir-neçə gün qalmış dövlət çevrilişi edib. Ölkəni 1974-dək "qara polkovniklər" adlı hərbi diktatura idarə edib

    1978. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib

    1996. Çeçenistanın ilk prezidenti Cöhər Dudayev öldürülüb

    2003. İraqda koalisiya hökuməti qurulub

    2005. İspaniyada homoseksual cütlüklərin evliliyinə icazə verilib
#21.04.2011 01:55 0 0 0