İosif Stalin

Son güncelleme: 21.04.2011 10:58
  • İosif Stalin

    noimage


    Stalinin həqiqi soyadı - İosif Vissarionovoç Cuqaşvili ( onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffü olunur ), qısaldılmış formada isə - Sosodur.Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili - gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır,ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çxan "Koba" olmuşdur.Hətta Stalini sonralar da qoca bolşeviklər Koba ləqəbi ilə çağırarmışlar, müharibəyə qədər hətta Voroşilovda onu bu cür çağırarmış. "Stalin" təxəllüsünün kökü mübahisəlidir: bəziləri onun "stal" ( rusca " сталь " - polad ), digərləri isə nart eposu ilə və ya onun tərcüməçisi E. Stalinskinin soyadı ilə əlaqələndirirlər.

    Böyük Vətən Müharibəsi illərində Stalin "Vasiliy" (oğlunun adı ilə əlaqədar) təxəllüsündən istifadə etmişdir. Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi ("yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)")ilə yox sadəcə "yoldaş Stalin" kimi müraciət etmişlər.





    Uşaqlığı və gəncliyi
    Rəsmi versiyaya görə 21 Dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə əsasən 6 Dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur. Ailədə üçüncü uşaq olmuşdur, iki ilkinlər uşaqlıqda ölmüşdür. Onun doğma dili gürcü dili olmuşdur, rus dilini sonra öyrənmişdir, lakin həmişə hiss olunacaq gürcü ləhcəsi ilə danışmışdır.

    Kasıb yəhudi ailəsində, çəkməçinin və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir. Atası İosifin 11 yaşı olarkən vəfat etmişdir. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə). Daima lider olmağa çalışmış və yaxşı oxumuşdur, anasının istəyi əsasında öz kariyerasını kilsədə qurmaq istəyir. Təhsil illərində seminariyada gürcü dilində şer yazmışdır. Onun şerlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olunmuş şerlər toplusunun içində olmuşdur: 1949-cu ildə Stalinin 70 illiyinə onun rus dilində şerlərindən ibarət kitabı hazırlanırdı (gürcü dilindən tərcüməyə böyük mütəxəsislər, əsasən Arseniy Tarkovskiy cəlb olunmuşdur), lakin bu kitab nədənsə nəşr olunmadı.

    Vətəndaş müharibəsi
    Rusiya vətəndaş müharibəsi başlayandan sonra Stalin Rusiyanın cənubuna Şimali Qafqazdan çörəyin hazırlanıb sənaye mərkəzlərinə çatdımaq üçün ÜMİK-nin (ВЦИК;) fövqəladə səlahiyyətli nümayəndəsi kimi göndərlimişdi. 1918-ci ilin 6 iyununda Tsarıtsına çatan Stalin şəhərdə nizam yaratdı, Moskvaya ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsarıtsını Krasnovun dəstələrindən müdafiyəyə hazırladı. K.E.Voroşilovla birlikdə onlar Tsarıtsının müdafiəsini təmin edib Krasnovun və Dutovun ordu hissələrinin birləşməsinin qarşısını aldılar.

    1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altında kı, vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.

    İkinci Dünya Müharibəsi
    1938-ci ildə Qərb ölkələrinin Çexslovakiyanı onun zəngin sənaye potensialı ilə birlikdə Hitlerə bağışlayıb imzaladıqları "Münhen sövdələşməsi"-nə cavab olaraq 1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitler ilə "hücumetməmə paktı"-nı imzaladı. Molotov-Ribbentrop Paktının gizli əlavələrində (yalnız XX əsrin sonlarında nəşr olunmuşdur) SSRİ və Almaniya öz aralarında Şərqi Avropanı öz nüfuz dairələrinə bölməni razılaşdırmışdılar. Nəticədə paktın imzalanmasının bütün "gunahı" anti-nasist cəbhəsi yaratmaq istəməyən və Almaniyanı "sakitləşdirmə" siyasəti yürüdən Qərb ölkələrinin boynuna qoyuldu.

    1 Sentyabrda, paktın imzalanmasında düz bir həftə sonra Hitler Polşaya qərbdən soxuldu. 17 Sentyabrda Sovetlər İttifaqı ukraynalıları və belorusiyalıları müdafiə bəhanəsi ilə Polşanın şimalına soxuldu və ölkənin şərq hissəsini tutdu (indiki Qərbi Ukrayna və Qərbi Belorusiya). O da deyilməlidir ki, hücum zamanı Polşa və Sovetlər İttifaqı arasında hücumetməmə haqqında pakt mövcud idi. Elə həmin il SSRİ və Latviya, Litva və Estoniya arasında əldə edilmiş razılığa əsasən bu ölkələrə sovet ordusunun azsaylı kontingenti yeridildi (1940-cı ildə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-yə qoşuldular). Bir az sonra Sovet İttifaqı sovet-rumın razılaşması əsasında Bessarabiyanı tutdu, hansı ki, Rumıniya 1918-ci ilin aprelində birtərəfli sürətdə özünə birləşdirmişdi (1918-ci ildə RSFSR ilə imzalanmış müqaviləni pozaraq). Bu ərazi Moldova SSR elan edildi. Bu yerlərin əhalisinin bir qismi beynəlxalq münasibətlərin kəskinləşməsi ucbatında mərkəzi rayonlara köçürülmüşdülər.

    1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü.

    1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet İttifaqına qarşı aqresiyaya başladı. Böyük Vətən müharibəsi başladı. Bəzi tarixçilərin fikrincə Stalin faşist Almaniyasının tezliklə hücum edəcəyi haqqında casus məlumatlarına haqsız olaraq etinasız yanaşmışdır. Digərləri isə düşünürlər ki, bu haqda məlumat kifayət qədər deyildi və Stalinin əlində əsas var idi ki, bu məlumatları dezinformasiya hesab etsin (Bəzi tarixçilər, almanların SSRİ-yə hücumunun gözlənilməzliyini, yaponların Pyorl-Harbora hücumu ilə müqayisə edirlər). Hər halda hücum zamanı Qırmızı Ordunun dislokasiyası sərhədlər qərbə çəkildiyi üçün zəif idi, qüvvələr sərhəddə zəif konsentrasiyada və müdafiəyə tam hazırsız vəziyyətdə idi. Məhz bu şərtlər həmçinin elədə yüksək olmaya şəxsi heyətin hazırlığı və pis idarə olunma müharibənin ilk mərhələsində Hitlerə SSRİ üzərində üstünlük qazandırdı və o qısa müddətdə sovet müdafiəsini dərin yarıb, Qırmızı Ordunun nəzərəçarpacaq qüvvələrini əhatəyə alıb məhv edə bildi, həmçinin Belorusiyanı, Pribaltikanı, Ukraynanı və RSFSR-in qərb hissələrini tuta bildi.

    Bir neçə aydan sonra Qırmızı Ordu öz müdafiəsini təmin etdi və 1941-ci ilin qışında almanları Moskva yaxınlığında dayandırdı. O zamana kimi artıq sənaye müəsisələri şərqə köçürülmüşdü. 1937-ci il "təmizləmə"sinin qurbanları əvəzinə özünü yeni nəsil hərbçilər büruz verdi - Jukov, Konev, Vasilievskiy və həbsdən azad olunmuş 1937-ci il "təmizləmə"sini qurbanı - Rokosovskiy.

    Müharibə başlayan kimi kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali-Baş komandanı oldu. 16 Avqust 1941-ci il tarixli Ali-Baş Komandanın Qərərgahının N-270 saylı əmrində deyilirdi: "Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxartmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı dezertir hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış dezertirlərin ailəsi kimi həbsə məhkum olunsun." Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə düşürdülər, bundan sonra isə böyük əksəriyyəti yenidən orduya qayıdırdılar. Müharibədən sonra alman düşərgələrindən azad olmuş bütün sovet əsgərləri DİXK (НКВД;)-in yoxlanışından keçirdilər. Onların bir hissəsi SSRİ-də həbs və məhkum olunmuşdur.

    Müharibənin başlanğıcında Povoljya almanları Sibirə və Mərkəzi Asiyaya köçürüldü, 1944-cü ildə isə Krım tatarları və bəzi Qafqaz xalqlarıda (həmçinin Ahıska türkləri) öz yerlərindən deportasiyaya məruz qalmışlar.

    Aralarında ideoloji kinin olmasına baxmataraq SSRİ, Böyük Britaniya və ABŞ rəhbərləri Antihitler koalisiyasını yarada bildilər və 1944-cü ildə ikinci cəbhə açıldı. Bir neçə dəfə keçirilmiş yüksək səviyyəli görüşlərdə Stalin özünü bacarıqlı və qətiyyətli diplomat kimi gösətərə bildi.

    Müharibə zamanı Stalin "Sovet İttifaqı qəhrəmanı" adına layiq görülüb, iki dəfə "Qələbə (Победа;) ordeni" və I dərəcəli "Suvorov ordeni" ilə təltif olunmuşdur. 6 mart 1943-cü ildə Stalin "Sovet İttifaqı Marşalı" rütbəsi, 27 iyun 1945-ci ildə isə məxsusi daxil edilmiş "Sovet İttifaqı Generalisimusu" rütbəsi verildi. Hətta müharibə qurtardıqdan sonrada Stalin hərbi idarələrə (1946-cı ilin fevralınadək - Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi -SSRİ Hərbi Qüvvələri naziri) rəhbərlik edib.

    Stalinin şəxsi həyatı və ölümü
    1904-cü ildə Stalin Ekaterina Svanidze ilə evlənir, lakin üç ildən sonra arvadı tuberkulozdan dünyasını dəyişdi. Onların yeganə oğlu olan Yakov İkinci dünya müharibəsi zamanı almanlara əsir düşür. Bu haqda yayılmış versiyaların birində, həmçinin İvan Stadnyukun "Müharibə" və "Qurtuluş" sovet kinosunda almanlar Stalinə onun oğlunu feldmarşal Paulusa dəyişməyi təklif edirlər, buna cavabında isə Stalin deyir: "Mən əsgərə feldmarşal dəyişmirəm". 1943-cü ildə Yakov qaçmağa cəhd edərkən alman hərbi düşərgəsi olan Zaksenhauzendə güllələnmişdir. Yakov üç dəfə evli olmuşdur və onun Yevqeni adlı oğlu hətta 1990-cı illərin rusiya siyasətində də iştirak etmişdir (Stalinin nəvəsi Anpilov blokunun namizədləri sırasında olmuşdur); Cuqaşvililərin bu birbaşa kişi xətti indi də mövcuddur.

    1919-cu ildə Stalin ikinci dəfə evlənir. Onun ikinici arvadı, ÜKP (b)-nin üzvü, Nadejda Alliluyeva olur. O, 1932-ci ildə Kremldə ki, otağında özünə qəsd edir (rəsmi olaraq isə qəfil ölüm kimi göstərilir). Stalinin ikinci nigahından iki uşağı olur: Svetlena və Vasiliy. Onun oğlu Vasiliy, hərbi-hava qüvvələrinin zabiti, Böyük Vətən Müharibəsində müxtəlif komandir vəzifələrində iştirak edir, müharibədən sonra isə Moskvanın havadan müdafiəsinə (general-leytenant) rəhbərlik edir, Stalinin vəfatında sonra isə həbs olunur. 1960-cı ildə azadlığa çıxdıqdan bir müddət sonra vəfat edir. Stalinin qızı Svetlana Alliluyeva 1967-ci il 6 martında Dehlidə ki, Amerika Birləşmiş Ştatları səfirliyindən siyasi sığınacaq istəyir və elə həmin ildə ABŞ-a köçür. Stalinin ailəsində 11 yaşına kimi Artyom Serqeyev (vəfat etmiş inqilabçı Fyodr Serqeyevin oğlu - "yoldaş Artyom") tərbiyə almışdır.

    Həmçinin, turxan mühacirətində Stalinin nigahdankənar oğlu - Konstantin Kuzakov dünyaya gəlmişdir. Stalin onunla əlaqə saxlamamışdır.

    1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat etmişdir. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N.S.Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olmuşlar.

    1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı küllü miqdarda insan onunla vidalaşmaq istədiyindən basabas yaranır. O zaman həlak olnaların dəqiq sayı hələdə məlum deyil, lakin ölən kifayət qədər çox olmuşdur. Həmçinin bir faktda məlumdur ki, basabasda həlak olanlardan biri 1422 nömrəsi almışdır; nömrələmə yalnız o cəsədlər üçün aparılırdıki, onları qohumlarının və ya dostlarını köməyi olmadan müəyyən etmək mümkün deyildi.

    Stalinin balzamlanmamış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulur və həmin mavzoley 1953-1961-ci illərdə "V.İ.Lenin və İ.V.Stalin Mavzoleyi" adlanır. 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin XXII qurultayında qərara alındı ki, "Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması ... onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir". 1961-ci il 31 oktyabrdan 1-i noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarında basdırıldı. Sonradan məzarın üzərində abidə ucaldı (büstün müəllifi M.V. Tomski)
#21.04.2011 10:52 0 0 0
  • Zalim herif.
#21.04.2011 10:58 0 0 0