Müəlliflik Hüququ Günündə QHT konfrans keçirəcək

Son güncelleme: 22.04.2011 06:43
  • Müəlliflik Hüququ Günündə QHT konfrans keçirəcək

    noimage

    Müəllif Hüquqları Agentliyi (MHA) 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı tədbirlər planı hazırlayıb. MHA-dan verilən məlumata görə, tədbirlər planı çərçivəsində Müəllif Hüquqları Agentliyi Ombudsman Aparatı ilə birgə "Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı" mövzusunda konfrans təşkil edəcək. Aprelin 26-da isə agentlik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə "İT-İP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda konfrans keçirəcək. Konfransda informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus olan əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunacaq.

    az xeber
#22.04.2011 06:43 0 0 0