QHT-lər "Qafqaz evi və ermənilər" adlı konfrans keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Müasir İnkişaf İctimai Birliyi, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə dərnəyinin təşkilatçılığı ilə "Qafqaz evi və ermənilər" adlı konfrans keçirilib. Konfransda bildirilib ki, Qafqaz burada yaşayan bütün xalqların birgə evidir və bu xalqların tarixi, ədəbiyyatı, mətbəxi, ənənələri bir-birinə çox oxşardır. Qafqazda sabitliyə mane olan 1828-ci ildən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilərdir. Azərbaycan və Gürcüstan alimləri ortaq proqramlar işləməklə ermənilərin Qafqazda törətdikləri əməlləri dünyaya çatdıra bilərlər. İnsan Hüquqları İnstitutun direktoru Aytən Mustafayeva isə Azərbaycan və Gürcüstan arxivlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər məlumatlar olduğunu söyləyib. O bdilririb ki, Gürcüstan alimləri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını diqqətlə yanaşmalıdırlar: "Çünki Gürcüstanın Cavaxetiya problemi var. Cavaxetiya ermənilər tərəfindən hər an partlamağa hazır olan bombaya bənzəyir. Biz alimlər erməni separatçılarına öz niyyətlərini gerçəkləşdirməyə imkan verməməli və öz regionumuzu xilas etməliyik".