Sonsuzluq problemi

Son güncelleme: 22.04.2011 08:09
  • Sonsuzluq problemi

    noimage

    Sonsuzluq problemi,heç kəsin qarşılaşmaq istəmədiyi bir problemdir.Əsasən də Azərbaycan mühütində yeni ailə qurmuşların bir iki ay ərzində bir şeyləri olmayanda hər kəs narahat olmağa başlayır.
    Halbuki əgər Sonzusluğun tərifinə baxsaq,görərik ki narahatçılığa və yalançı müalicələrə ehtiyac yoxdur!
    Sonsuzluq- 1 İL davamlı əlagəyə baxmayaraq,hamiləliyin baş verməməsidir.
    Tərifdən də göründüyü kimi ilk 1 il ərzində narahatçılığa əsas yoxdur.Adətən bu halda hamilə qalınmamasının səbəbi cütlüklərin doğru zamanlama edəməmələridir.Hətta cütlüklər doğru zamanlama haqqında evlilikdən əvvəl məlumat alsalar yaxşı olar....
    Azərbaycan mühitində ilk 1-2 ay hamilə qalınmırsa o zaman QADIN müayinəyə gedir və adətən "ginekologlar" bu xanımlara "vospaleniya(iltihab)" var deyib mənasız və gərəksiz müalicələr yazırlar.Halbu ki TİBBDƏ ELƏ BİR ŞEY YOXDUR!
    Amma mən heç vaxt görməmişəm ki,müyaninəyə kişini göndərsinlər.Halbuki sonsuzluq zamanı müayinə kişinin müayinəsindən başlamalıdır!!!Yalnız bundan sonra qadın müayinə olunmalıdır.Əlbətdə ki evlənməmişdən qabaq xanım,onda problem olduğunu bilirsə o zaman yalnız qadının müalicəsindən sonra kişi müayinə və müalicə olunmalıdır.
    Sonsuzluğun bir çox səbəbi ola bilər.Hər biri bər ayrı mövzudur.Bu mövzunu yazmaqda məqsədim o idi ki,sonsuzluğun 1 ildən sonra məna qazandığını biləsiniz.Və bu bir il içində doğru zamanlama haqqinda məlumatınız olsun.
    Doğru zamanlama-son menstruasiyanin ilk gününən 13-14 gün sonra olan əlagədir.Diqqət edilməsi lazım olan məqamlardan biri də budur ki,bu zaman (13-14 cü gün) ən azı 3 günlük cinsi pəhriz saxlamaq lazımdır...

    Alıntı..
#22.04.2011 08:09 0 0 0