Abort və onun acı nəticələri

Son güncelleme: 22.04.2011 08:32
  • Abort və onun acı nəticələri.

    noimage


    Abort latın sözü olub (abortus) hamiləliyin qabaqcadan dayandırılması deməkdir. Abort süni və özü - özünə (spontan) ola bilər. Hazırda kontraseptiv vasitələrin kifayət qədər olmasına baxmayaraq abortun göstəriciləri yüksəkdir.

    Süni abortun 2 növü var - təhlükəli və təhlükəsiz. "Təhlükəli abort" termini süni və ya spontan abort nticəsində baş vermiş fəsadların aradan qaldırılmasını göstərir.
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ildə 20 mln- a qədər , yəni süni abortların yarısı təhlükəli sayılır ki, bunun da 95 %-i inkişaf etməkdə olan dövlətlərin payına düşür.
    Təsdiq edilmişdir ki, abort lazımi şəraiti olan tibb müəssisələrində aparılarsa, təhlükəsiz və effektiv olur.
    Ümumiyyətlə, təhlükəli abort səhiyyənin əsas problemlərindən biridir. Statistik göstəricilərə əsasən, hər il yeniyetmələr arasında 2- 4,4 mln. abort halı qeydə alınır, ana ölümünün göstəriciləri yeniyetmələr arasında 13% ə bərabərdir, təhlükəli abortun böyük hissəsi , abortdan sonra mənfi halların 30 - 70 % i 20 yaşa qədər yeniyetmələrin payına düşür. Yeniyetmələrdə hamiləliyin 92 %-i arzuolunmaz , planlaşdırılmamış ya da nikahdan kənar cinsi əlaqələrin nəticəsidir, nikahda olan yeniyetmələrin 61%-i də doğuş arzuolunmazdır.
    Abortdan sonra qadının orqanizmi şok vəziyyətinə düşür - bütün orqanlar yeni həyata hazırlaşdığı vaxtda abort nəticəsində bu vəziyyət tam dəyişilir. Dəyişikliklər endokrin və immun sistemdə özünü daha qabarıq göstərir. Belə ki, qaraciyərdə böyrəklərdə disbalans, arterial təzyiqin tənzimlənməsində problemlər meydana çıxır. Beləliklə də, orqanizmdə infeksiyanın daxil olması və inkişafı üçün "ideal" şərait yaranır. Abort nəticəsində, ilk olaraq uşaqlıq artımlarında (borular, yumurtalıqlar) iltihabi proseslər inkişaf edir ki, bu da gələcəkdə uşaqlıq borularının keçiriliciyinin pozulması və uşaqlıqdankənar hamiləliyin , sonsuzluğun yaranmasına səbəb olur.Sonsuzluq həmçinin yumurtalıqların disfunksiyası nəticəsində əmələ gəlir ki, bu da abortdan sonra ən çox rast gəlinən ağırlaşmalardan sayılır.
    Hamiləliyin əvvəlində orqanizm trəfindən hasil edilən maddələr , abortdan sonra da qadının orqanizmində qalır və sinir sisteminin pozulmasına (həssaslıq,yuxunun pozulması,yorğunluq və s.) səbəb olur.
    Bütün bu mənfi hallardan əlavə abortdan sonra qanaxma,yerli və yayılmış infeksiya, travmalar (cinsi orqanların travması), kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, sonsuzluq, gələcəkdə spontan abort təhlükəsi,uşaqlıqdankənar hamiləlik təhlükəsi yarana bilər.

    Sonda onu da qeyd edim ki, insanın həyata nə üçün gəlməsi ilə bağlı çox müxtəlif fəlsəfi fikirlər mövcud olsa da, bunlardan ən maraqlısı və inandırıcısı məncə odur ki, hər bir insan həyata həyatı davam etdirmək üçün gəlir. Həyatın davam etməsi isə, yeni insanın dünyaya gəlməsidir.



    Unutmayın ki, düzgün atmadığınız hansısa bir addım sizin bütün həyatınızı məhv edə bilər!

    Alıntı..
#22.04.2011 08:32 0 0 0