Müəyyən olunmuşdur ki,həm özü həm də çayı bir çox xəstəliklərin dərmanı olan itburnu bitkisinin tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 0,69-2,4 mq% E, 5-20,7 mq%karotin (provitamin A) vardır.
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu, 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
Orqanizm üçün faydaları:
Bədən müqavimətini artırır.
Bədənə və gözlərə qüvvət verir.
Qan dövranını sürətləndirir və qanı təmizləyir
.
Bağırsaqları yumşaldır və həzmi asanlaşdırır.
Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olur.
Bağırsaq qurdlarını salır.
Xərçəngə qarşı qoruyucudur.
Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirir.
Qandakı insulin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələri üçün çox faydalıdır.