Niyə hıçqırırıq

Son güncelleme: 22.04.2011 09:02
  • Niyə hıçqırırıq?

    ____________________________

    Ağciyərlərimiz qabırğalarımızın içində bir torba kimi dayanırlar. Nəfəs aldığımızda bu torbalar daxilə ala bildikləri qədər hava alaraq şişərlər. Sinəmizi qarınımızdan ayıran və ağciyərlərimizin altına bitişik böyük bir əzələ olan diafraqma, büzüşərək ciyərlərimizin genişləməsini təmin edər, nəfəs almamıza köməkçi olur.
    Sürətli yemək yeyildikdə, udqunma nəticəsində yemək ilə birlikdə bir miqdar hava da alırıq. Hıçqırıq, yeməyin səthinə yapışaraq həzm sisteminə girən bu havanı atmaq üçün, sistemin göstərdiyi bir reaksiyadır. Diafraqma sürətlə büzüşərək, çox ani və sürətli nəfəs almağımızı təmin edir. Bu vaxt boğazımızın üst tərəfində, səs tellərimizin olduğuı qisimdə bir bağlanma olur və buradan keçən hava bir an blok edilir. Bu da "hıck" şəklində bir səsin çıxmasına səbəb olar.
    Mədədəki bir hadisəylə diafraqmanın əlaqəsi, bu iki orqandakı sinirlərin bir-birinə çox yaxın hətta iç-içə keçmiş olmalarındandır. Bu səbəblə ən çox yeməkdən sonra hıçqırarıq. Həzm əməliyyatı bitdikdən sonra hıçqırıq olmaz. Hıçqırığın qarşısını almaq üçün, çox müxtəlif üsullar vardır. Baş aşağı dayanmaq, yavaş-yavaş su içmək, qolları yuxarıda tutmaq, nəfəsi tutmaq, irəlidə bir nöqtəyə baxaraq dərin nəfəs almaq, buzlu su içmək, nəfəsi tutaraq üç dəfə udqunmaq, nanə udmaq, barmağı qulağa basdıraraq su içmək kimi hallar mövcuddur.
    Bunlardan qorxudaraq insanı şok etmək, bu səbəbdən sinir sistemini təsir etmək, dərin nəfəs almaq və qandakı karbondioksid səviyyəsinin, hıçqırığın meydana gəlməsini sürətləndirdiyindən, nəfəsi tutmaq ən məntiqli tədbirdir.
    Əslində isə bu tədbirlərin heç birinə ehtiyac yoxdur. Hıçqırıqlar təxminən beş saniyədə bir olar və ümumiyyətlə bir dəqiqədən çox çəkməz. Siz tədbirlərlə məşğul olarkən, o onsuz da öz-özünə kəsilir. Ancaq aylarla sürən istisnalı vəziyyətlərdə, şübhəsiz tibbi müdaxilə lazımdır, hətta bu vəziyyətlərdə sinirlər üzərində əməliyyat edilməsi belə lazım olar bilər.
    Çox miqdarda bibər yemək kimi kimyəvi yanmaların, infeksiyaların və xora kimi xəstəliklərin də hıçqırığı meydana gətirə biləcəkləri irəli sürülür. Hıçqırıq müddətində bir şey yeməməkdə və içməməkdə fayda vardır, çünki bu anda təkrar çox hava alına bilər.
    Hıçqırığın qarşısını almaq üçün, ən yaxşısı yeməyi yavaş yeyin, çox miqdarda yeməyin, yemək yeyərkən karbonatlı içki içməyin, fikriniz yeməyinizdə olsun, çox danışmayın və gülməyin

    Alıntı..
#22.04.2011 09:02 0 0 0