Ala gözlər

Son güncelleme: 26.04.2011 09:25
  • Ala gözlər
    noimage
    Yenə qılıncını çəkdi üstümə,
    Qurbanı olduğum o ala gözlır.
    Yenə cəllad olub durdu qəsdimə,
    Qələm qaş altında piyala gözlər.
    noimage
    Başımdan getmişdi sevdanın qəmi,
    Xəyalım gəzirdi bütün aləmi,
    Bu dustaq könlümü. deyin, yenəmi
    Çəkdiniz sorğuya, suala gözlər?
    noimage
    Mənim sevgilimdir o gözəl pəri,
    Qoy üzə vurmasın keçən günləri,
    Mən qədir bilənəm əzəldən bəri,
    Sizinlə yetmişəm kamala gözlər.
    noimage
    Cahanda hər hökmü bir zaman verir,
    Dünən dövran sürən bu gün can verir.
    İllər xəstəsiyəm, yaram qan verir,
    Siz məni saldınız bu hala, gözlər.
    noimage
    Alıntı
#26.04.2011 09:25 0 0 0