Adaçayını çox içdikdə bütün bədəni gücləndirir, infarkt ehtimalını azaldır.
Xəstəlikdən sonra gücdən düşmüş orqanizmi gücləndirmək üçün istifadə edilir. Adaçayının qaraciyər üçün də çox müsbət təsiri var, həmçinin qantəmizləyicidir, nəfəs yollarını və mədəni ifrazatlardan təmizləyir, iştahanı açır.
Adaçayı mədə-bağırsaq sistemi üçün də faydalıdır, eyni zamanda badamcıq iltihabı, boğaz iltihabları, udlaq və ağız boşluğu iltihabları və mədə yarasında istifadə olunur.