Çay Dəmləmə Sənəti

Son güncelleme:
  • Çay dəmləmə sənətinin incəlikləri
    1.Suyun əhəngsiz olmasına diqqət yetirin. Kran suyu çaydan istədiyiniz ləzzəti almağınıza mane ola bilər
    2.Suyu elektrikli şok isidicidə qaynatmaq kifayət deyil. Lazım olsa qaynayana qədər şok isidicini istifadə edin. Amma sonra çaydana töküb bir müddət daha qaynadın.
    3.Çay qurusunu dərhal dəmliyə qoymayın. Əvvəl bir az ələyərək tozundan kənarlaşdırın.
    4.Suyu qaynatdınız, çayı ələyərək təmizlədiniz.. Dəmliyə əvvəl qaynar suyu qoyun.
    5.Dəmliyə əvvəl çayı, üzərinə suyu qoysanız çay qurusunu çürüdərsiniz. Həm rəngi kifayət qədər parlaq olmaz,həm də daddığınız çayın gerçək dadı deyil.
    6.Sözün qısası,dəmliyə əvvəl suyu, sonra ələdiyiniz çayı qoyun. Beləcə çayın suyu aşağıya doğru süzülərək qət etməsini və layiqiylə dəmlənməsini təmin edərsiniz.
    7.Yuxarıdakı əməliyyatı etdikdən sonra 10 dəqiqəyə qədər gözləyin. Bu əsnada çayın altının odunu zəiflətdin ki, altındakı su buxarlaşıb uçmasın.
    8.Dəmlədiyiniz bu çayın ən ləzzətli anları ilk yarım saatdır. Bu səbəblə çayı az-az dəmləyin. Bütün gün içəcəksiniz deyə çayı saatlarla qaz üstündə qaynatmaq həm vaxt itkisi, həm də ilk yarım saat sonra içdiyiniz stəkan-stəkan çaydan xeyir gözləməyin.
    9.Çay içməyin ən yaxşı üsulu qəndi dişləyərək içməkdir.
    10.Yanında duzlu bir şey yeyirsinizsə şəkəri çaya atın. Şirin bir şey yediyinizdə çayınızdan şəkəri kənara qoyun. Ləzzətini daha yaxşı almağınız üçün
0 0 0