Tarixde Bugün - 27 Aprel

Son güncelleme:
  • 27 aprel. İlin sonuna 248 gün qalır.

    1494. Sultan Süleyman Qanuni anadan olub

    1521. Portuqal səyyah Fernand Magellan qəbilələrarası davada öldürülüb

    1848. Fransada quldarlıq ləğv edilib

    1906. Rusiyada Birinci Dövlət Duması fəaliyyətə başlayıb

    1918. Saat 12.05. Azərbaycan parlamentinə ultimatum verilməzdən 11 saat əvvəl A. Mikoyan, Q. Cəbiyev və Q. Musabəyovu gətirən "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçərək Bakıya doğru irəliləməyə başlayıb. Sərhəddə atışma zamanı 6 rus əsgəri öldürülüb.
    11.00. Həmid Sultanovun başçılıq etdiyi Azərbaycan kommunistləri Müsavat parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim edib.
    20.45. Azərbaycan parlamentinin təcili iclası açılıb. Gündəlikdə bir məsələ - İnqilab Komitəsinin ultimatumu vardı. Saat 21.00. radələrində Parlament ultimatumu qəbul edib.
    21.00. Sovet zirehli qatarları Biləcəri stansiyasını tutub

    1952. Milli qəhrəman Mikayıl Cəbrayılov anadan olub. Onun atası Əhmədiyyə İkinci Dünya Müharibəsində Fransanın Milli qəhrəmanı adına layiq görülüb

    1960. Toqo Respublikası müstəqillik əldə edib

    1978. Əfqanıstanda dövlət çevrilişi baş verib, prezident Məhəmməd Davud xan qətlə yetirilib

    1992. Azərbaycan Respublikası Macarıstanla diplomatik əlaqələr qurub

    2001. İstanbulda türkdilli ölkə başçılarının VII zirvə görüşü başa çatıb

    2007. Bakılı violonçel ustası Mstislav Rostropoviç vəfat edib

    2009. Prezident İlham Əliyev Belçikaya rəsmi səfərə gedib.
0 0 0