İki erməni boksçu Bakıya gəlir

Son güncelleme: 02.05.2011 00:42
  • noimage

    Erməni əsilli 2 boksçu Bakıda keçiriləcək boks üzrə dünya çempionatında Rusiyanı təmsil etmək hüququnu qazanıblar.

    Lent.az-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ufada keçirilən Rusiya çempionatında Mişa Aloyan üçüncü dəfə dalbadal 52 kiloqram çəkidə Rusiya çempionu olub.

    David Ayrapetyan isə 6-cı dəfə 49 kiloqram çəkidə Rusiya birincisi olub.

    Xatırladaq ki, Bakıda keçiriləcək boks üzrə dünya çempionatı 2012-ci il London Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır.
#02.05.2011 00:42 0 0 0