İş adamı atasının qəbrinin üstündə özünü öldürdü

Son güncelleme: 05.05.2011 13:00
  • noimage

    Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs intihar edib.

    Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Göyçay şəhəri Əli Kərim küçəsi, 27 saylı mənzildə yaşayan, 1969-cu il təvəllüdlü Həsənov Əli Nurəddin oğlu ötən gün saat 15.00 radələrində qəbiristanlıqda, atasının məzarının yanında 0.5 litr sirkə turşusu içərək intihar edib. Bu hadisədən gec xəbər tutan yaxınları onu Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. Vəziyyəti daha da ağırlaşdığı üçün ilkin tibbi yardımdan sonra Ə. Həsənov Respublika Toksikoloji Mərkəzə aparılıb. Əli Həsənov mayın 3-də gecə saat 03:00 radələrində dünyasını dəyişib.


    Göyçay şəhərində avtomobillərin ehtiyat hissələrinin satış mağazasının sahibi olan Ə.Həsənovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
    Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#04.05.2011 23:09 0 0 0
  • rabbim herşeyin hayırlısını versin
    ölümün bile
#05.05.2011 08:01 0 0 0
  • Amin..
#05.05.2011 09:18 0 0 0
  • amin...
#05.05.2011 13:00 0 0 0