Azərbaycanlı model dünya müsabiqəsinə yollanır - FOTOLENT

Son güncelleme: 06.05.2011 00:25
  • noimage

    "Best of model-2010" müsabiqəsinin qalibi, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva iyunun 4-də Bolqarıstana dünya müsabiqəsinə yollanır.

    Bu münasibətlə Türkiyədən Azərbaycana gələn model mətbuat nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, bu il Türkiyədə keçirilməsi gözlənilən "Best model of the world" müsabiqəsi Bolqarıstanda keçiriləcək.

    Model deyib ki, ötən ilki müsabiqənin qaliblərindən biri bolqarıstanlı olduğu üçün təşkilatçılar müsabiqəni qalibin vətənində reallaşdırmaq qərara alınıb.

    Günay Musayeva müsabiqədə qalib gəlməyi qarşısına məqsəd qoyub: "Bolqarıstana qalib olmaq üçün gedirəm. Ən böyük arzularımdan biri də odur ki, "Best model of the world" növbəti il Azərbaycanda keçirilsin".

    Tədbirdə modelə "Yaxşıların yaxşısı" mükafatı da təqdim olunub. Təyyarəyə 4 dəqiqə gecikdiyi üçün bir neçə gün öncə mükafatlandırma mərasiminə qatıla bilməyən modelə bu tədbirdə mükafat verilib: "Türkiyədə yaşasam da, Azərbaycan mətbuatı, cəmiyyəti məni həmişə diqqətdə saxlayır. Hamınıza bir-bir təşəkkür edirəm. Bu mükafatın təqdim olunma mərasiminə qatılmaq üçün əməlli-başlı hazırlaşmışdım, lakin 4 dəqiqə gecikdiyim üçün hava limanında qalmalı oldum" .

    Qeyd edək ki, model müsabiqədən öncə 10 gün Bolqarıstanda məşq hazırlığında olacaq. Günay Musayeva müsabiqənin prezidenti Erkan Özərmana da öz təşəkkürünü bildirib.

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage

    noimage
#06.05.2011 00:25 0 0 0