Mayın 14-də əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın "Caspian Rose" ("Xəzər qızılgülü") adlı moda nümayişi keçiriləcək.
Bu barədə Lent.az-a modelyer məlumat verib. Layihənin məqsədi dəfilədən əldə edilən vəsaiti xeyriyyə işlərinə sərf etməkdir.
Qeyd edək ki, apreldə - "Georgian Fashion Week"də (Gürcüstan Moda həftəsi) "Caspian Rose" layihəsinin təqdimatı olub. Dəfilənin təşkilatçısı "Beynəlxalq qadın klubu"dur. Bu, klubla Fəxriyyə Xələfovanın üçüncü müştərək işidir.