Azərbaycan və Belarus birgə marka seriyası buraxıblar

Son güncelleme: 19.05.2011 00:53
  • noimage

    Azərbaycan və Belarus hər iki ölkənin musiqi alətlərinə həsr edilmiş birgə marka seriyası təqdim ediblər.

    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verilən məlumata görə, kiçik poçt vərəqi dörd seriyalı səkkiz markadan ibarətdir.

    Seriyanın birində Azərbaycan qədim musiqi aləti tar əks olunub, ikincisində isə qədim Belarus musiqi aləti təkərli lira təsvir edilib. 20 minlik tirajla buraxılmış markaların nominal dəyəri 50 qəpik təşkil edir. Yeni markalar Azərbaycan və Belarusda mayın 25-də poçt dövriyyəsinə buraxılacaq.
#19.05.2011 00:53 0 0 0