Fələstin BMT-nin tam hüquqlu üzvü olmaq istəyir

Son güncelleme: 24.05.2011 23:26
  • noimage

    Fələstin BMT-nin tam hüquqlu üzvü olmaq istəyir.

    Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin Azadlıq Təşkilatının təmsilçisi Azam əl-Əhməd deyib ki, bu məsələ BMT Baş Assambleyasının müzakirəsinə təqdim ediləcək. Azam əl-Əhməd bildirib ki, bu, birtərəfli addım deyil, beynəlxalq hüququn prinsiplərinə uyğundur: "Bu, İsrailin mane olmağa çalışdığı alternativ prosesdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məsələdə dəstək verəcəklərini bildirib".

    Qeyd edək ki, Fələstin 1974-cü ildən BMT-də müşahidəçi statusuna malikdir. Fələstinin BMT-yə üzvlüyünü İsrail başda olmaqla, bir neçə dövlət əngəlləyir.

    Qaynaq:Lenet.az
#24.05.2011 23:26 0 0 0