Sağlam olaq

Son güncelleme: 25.05.2011 00:14
  • Bunun üçün sadəcə üç qaydanı bilmək lazimdi

    1. "Təmiz qida" yəni kimyəvi əlavələri olmayan sağlam qida
    2. Bol su
    3. Və hər gün aşağıda göstərilən meyvə, tərəvəzlərdən bir neçəsini mütləq qida rasionunuza əlavə etmək



    1. Göyərti (səbzə) - Yaşıl göyərtini növündən aslı olmayaraq (keşniş, şüyüd, cəfəri, nanə, reyhan və s.) istənilən şəkildə yeyin. Salatlardan tutmuş bütün yeməklərinizdə bol-bol istifadə edin. Göyərti sizin bədəninizə yiğilib qalan artıq metalları və ağır maddələrı təmizləyir. Eyni zamanda göyərti qara ciyərin ən yaxşı müdafiyəçisidir. Qaraciyərin zədələnmiş hüceyrələrini bərpa edir.



    2. Limon - hər gün içdiyiniz çiy suya əlavə edin. Limon asanlıqla suya qarışır, bədənin su təlabatını daha tez ödəməyə kömək edir, eyni zamanda bədəniniz gündəlik ehtiyacı olan C vitamini almış olacaq.



    3. Sutərəsi- bunu salatlarınıza, yeməyinizə hətta supunuza əlavə edin, çiy şəkildə yeməyə çalışın. Bu acı yarpaqlar minerallarla zəngindi. (Fosfors, kalium, kalsium, dəmir). eyni zamanda sidik qovcu funksiyasını yerinə yetirir.



    4. Sarmisaq - əgər çiy şəkildə sizi narahat edirsə onda onu yemək bişirərkən yeməklərinizə əlavə edin, sarmısağın faydaları olduqca çoxdu ona görə bacardıqca çox yeyin. Bir məsəl var sarmısaqla bal girməyən evə həkim tez-tez gələr deyirlər.



    5. Yaşıl çay - bu sizə dostdu. Ondan pislik gəlməz. Antioksidantla zəngin olan bu maye sizin bütün daxili orqanlarınıza müsbət təsir göstərəcək.



    6. Brokkoli cücərtiləri - Onlar xərçənglə mübarizədə mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, (qırmızı turp dadı verən) bu cücərtilər mədə xorasına səbəb olan H. Pylori bakteriyasını öldürür.



    7. Küncüt toxumları - Onlar spirtli içkilərin qara ciyərdə yaratdığı fəsadların qarşısını alır və hüceyrələri bərpa edir. Yaxın Şərq kulinariyasında geniş istifadə olunur. Əgər imkan düşsə küncüt toxumundan hazırlanmış ləzzətlı sousun dadına baxın.



    8. Kələm - növündən aslı olmayaraq (adı kələm, gül kələm, rəgli kələm və s.) yeyin. Kələmdə qara ciyərdə işini yüngülləşdirmək üçün iki əsas tipili fermentlər var. Kələmin şirəsini çəkib içmək bədəni saf insulinlə təmin etmək deməkdi. Kələm yoğun bağırsaq xərçənginə səbəb olan isotikiyanate ilə mübarizə aparır. Kələm, yerkökü və soğan və göyərtilərdən düzəldilmiş salat həm dadlıdı həm də əvəzsizdi.





    9. Psillium - Xolesterini azaldır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.



    10. Meyvə, meyvə yenə də meyvə - İlin hər fəslində asanlıqla tapılan, xüsusən yaz və yay aylarında bol olan meyvənin faydalarını saymaqla bitməz. Növündən, rəngindən və şəklindən aslı olmayaraq, vitanim və menerallarla olduqca zəngin olan meyvə demək olar ki hər dərdə dəvadı. Bədəninizin ən yaxşı dostudu.
#25.05.2011 00:14 0 0 0