Axirət aləminin mərhələləri

Son güncelleme: 25.05.2011 12:22
  • noimage

    1-Ölüm

    Ölüm ruhun tamamilə bədəndən ayrılmasına deyilir ki, hər bir insan müxtəlif xəstəliklər,

    hadisələr və s. səbəblərdən bu dünyadan köçəcək və dünyada etdiyi

    əməllərə görə Allah qarşısında hazır olacaqdır.

    Bir sıra hədislərə əsasən ölüm, mömin və yaxşı əməl sahibləri üçün asan,

    kafirlər və günahkarlar üçün çətin və ağır olacaqdır.

    2-Qəbir

    Ruhu bədənindən çıxmış insan qüsl, kəfən və s. işlərdən sonra qəbirdə dəfn olunur.

    İstər müsəlman, istərsədə qeyri-müsəlman üçün qəbir məsələlərindən

    biri də münkir və nəkirin ölüdən bir sıra suallar soruşmasıdır.

    Onlar qəbirdə olan insandan Allah, Peyğəmbər,

    Müqəddəs kitab, imam və s. məsələlər haqqında sual edəcəklər.

    3-Bərzəx

    Bərzəx aləmi Qiyamət günündəki möminlər və kafirlərin qalacağı

    müvəqqəti bir yerdir ki, möminlər qiyamət gününədək orda cənnətə

    oxşar müvəqqəti yerdə, kafirlər isə cəhənnəmə oxşar bir yerdə qalacaqlar.

    Bu aləm dünya həyatı ilə Axirət arsındakı ayrılıq və boşluğu

    doldurmaq üçün adlanmışdır. (Qurani-kərimin Möminun surəsinin 100-cü ayəsi,

    həmçinin bir sıra hədislərdə Bərzəx aləmi haqda danışılmışdır).

    4-Qiyamət

    Qiyamət sözü ayağa qalxmaq və dirçəliş mənasını daşıyır.

    Qurani-kərimdə bu gün "Yəvmud-din" (cəza və mükafat), "Yəvmul-axir" (son gün),

    "Yəvmul-həsrət" (həsrət günü), "Yəvmul-üsr" (çətin gün) və "Yəvmə tubləs-sərair"

    (pərdələrin kənara gedib, sirlərin aşkar olduğu gün) kimi adlarla yad edilmişdir.

    Qurani-kərimin buyurduğuna görə, 2 dəfə İsrafilin vasitəsi ilə şeypur çalınacaq.

    1-ci dəfə çalınanda yerdə və göylərdə olan canlı varlıqlar

    öləcək və bununla Qiyamət günü başlanacaqdır.

    Şeypur2-ci dəfə çalınanda isə, ölmüş canlılar bir daha

    diriləcək və Allah hüzurunada dayanacaqlar.

    5-Qəbrdən qalxmaq

    Həzrət İsrafilin çaldığı 2-ci şeypurdan sonra əvvəldən dəfn olunmuş

    insanlar öz qəbirlərindən qalxacaq və

    etdiyi əməllərin hesabını görəcəklər.

    Qurani-kərim bu haqda buyurur:

    "(Onlar) qəbrlərdən çıxaraq həşaratlar kimi məhşərə səpələnəcəklər".

    6-Əməllərin hesablanması

    Qurani-kərimin buyurduqlarına əsasən, Qiyamət günündə zərrə

    qədərdə olsa yaxşı və pis əməllər ölçüləcək və onların hər biri üçün savab

    və cəza veriləcəkdir.Bu mərhələdə əməllərin ölçülüb hesablanması üçün

    bir sıra şahidlər şəhadət verəcəkdir. Qurani-kərim ayələrindən istifadə

    olunduğu kimi, Qiyamət günündə şəhadət verənlər aşağdakılardan ibarətdir:

    Birinci: Allah-təala;

    İkinci: İslam ümmətinin peyğəmbəri;

    Üçüncü: İnsanın bədən üzvləri;

    Dördüncü: Mələklər;

    Beşinci: Yer;

    7-Əməllər kitabının verilməsi

    Axirət aləminin həyacanlı mərhələlərindən biri də insanlara əməllər

    kitabının verilməsidir.Bu kitab insana sağ tərəfdən verilərsə,

    onun cənnətə, sol tərəfdən verilərsə,

    cəhənnəmə gedəcəyi məlum olacaqdır.

    8-Sirat körpüsü

    Axirət aləminin ən qorxulu mərhələlərindən biri də bütün insanların

    siratdan keçməsidir. Sirat yeddi dayanacaqdan ibarət bir körpüdür.

    9-Behişt və ya Cəhənnəm

    Axirət aləminin sonuncu və abədi mərhələsi Cənnət və ya

    Cəhənnəmdən ibarətdir ki, Cənnət yaxşı əməl sahibləri olan möminlər,

    Cəhənnəm isə müşrik və kafirlər üçün əbədi bir yerdir.

    Alıntı..
#25.05.2011 12:14 0 0 0
  • emeğine sağlık..
#25.05.2011 12:22 0 0 0