- Qiyamətin ilk əlaməti Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) doğulmaısıdır[1].
- Qəbirdə veriləcək ilk sual "Rəbbin kimdir?" sualıdır[2].
- İlk olaraq qəbirdən qalxacaq şəxs Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun)[3].
- Qiyamət günü insanlar şəfaət üçün ilk olaraq Adəmin (Allahın ona salamı olsun) yanına gedəcəklər.
- Qiyamət günü ilk səcdə edəcək şəxs Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun)olacaqdır[4].
- Qiyamət günü səcdədən başını ilk qaldıracaq insan Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) olacaqdır[5].
İlk olaraq şəfaət edəcək kimsə Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun)[1].
- Qiyamət günü Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hovuzuna ilk yaxınlaşanlar onun əhli-beyti və Peyğəmbəri (Allahın ona
salavat və salamı olsun) sevənlər olacaqdır[2].
- Qiyamət günü ilk paltar geyinəcək şəxs İbrahim peyğəmbər olacaqdır[3].
- Qiyamət günü insanların əməllərindən ilk olaraq namaz sorğu-sual olunacaqdır[4].
- Qiyamət günü qullar arasında ilk olaraq qanlara görə hökm çıxarılacaqdır[5].
- Qiyamət günü ilk olaraq şəhid, alim və mucahid haqq-hesaba çəkiləcəkdir[6].
- Qiyamət günü tərəziyə qoyulacaq ilk şey gözəl əxlaqdır[7].
- Cənnətə ilk yaxınlaşacaq insan Muhəmməd peyğəmbərdir (Allahın ona salavat və salamı olsun)[8].
- İlk olaraq Cənnətə daxil olcaq ümmət Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ümmətdir[9].
- Muhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ümmətindən ilk olaraq Cənnətə girəcək şəxs Əbu Bəkrdir (Allah ondan razı olsun)[10].
- Cənnətə ilk dəvət olunacaq insanlar yaxşı və pis günündə şükr edənlərdir[11].
Hökmlər
- Bəla gəldikdə ilk tələb olunan şey səbrdir[13].
- Uca Allah danışmaq istədikdə bütün səma əhli səcdə edir və səcdədən başını ilk qaldıran Cəbrayıl olur[14].
- Görüşərkən qucaqlaşmanı ilk olaraq Yəmən əhli etmişdir[15].
- İlk dəfə hədisi həsən, səhih və zəif qismlərinə Tirmizi ayırmışdır. İlk dəfə "həsən" terminini işlədən də o olmuşdur[16].
- Usulu-fiqh elmi barədə ilk dəfə yazan İmam Şafei olmuşdur[17].
- İlk olaraq səcdə ayəsi nazil olan surə "ən-Nəcm" surəsi olmuşdur[18].
- Qurandan ilk mənsux olunmuş ayə qiblənin dəyişilməsi barədə olan ayədir[19].
- Dindən ilk itəcək şey əmanət olacaqdır[20].
- Şəhidin axıdılan ilk qanında günahları bağışlanır[21].