Avropanın bir sıra ölkələrindən olan 2 000 qadın arasında aparılmış sorğu onların qarderobla bağlı düşüncəsini müəyyənləşdirməyə imkan verib.
Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xanımların əksəriyyəti 35 yaşa çatan zaman mini yubkalardan imtina etməyin vacibliyini düşünür. Əksər xanımlar 51 yaşda dikdaban ayaqqabıdan, 47 yaşda isə dizədək olan çəkmələrdən imtinanı vacib sayır.
Sorğu göstərib ki, xanımların əksəriyyəti 33 yaşdan sonra göbəkdən yuxarı maykaların, 34 yaşdan sonra isə dəri şalvarların geyilməsini düzgün hesab etmir. Sorğuya görə bikinidən 47 yaşda, çimərlik paltarından 61, bədənə yapışan koftadan 44, krassovkadan 44, şəffaf üst köynəyindən 40, uzun saçdan 53 yaşda imtina olunmalıdır.