Azərbaycan avarçəkənləri Dünya Kubokunun I mərhələsində

Son güncelleme: 25.05.2011 22:31
  • noimage

    Mayın 27-də Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək.

    Lent.az-ın məlumatına görə, nbüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək.

    Onların arasında qadın təmsilçimiz də olacaq. Bu, 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşə qatılacaq Natalya Mustafayevadır. Kişilərin yarışında isə 3 idmançınız çıxış edəcək. Yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla, gənclər arasında 2010-cu il dünya çempionatının finalçıları Cavid Əfəndiyev - İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili qayıqla 2000 metr məsafəyə yürüş edəcəklər.

    Dünya Kubokunun I mərhələsində 46 ölkədən 779 akademik avarçəkən 357 qayıqda mübarizə aparacaq.
#25.05.2011 22:31 0 0 0