"Lakin bu o demək deyil ki, həmin sənətçilərlə danışmır və ya düşmənçilik mövcuddur"
"Ola bilər ki, Röyanın dost olduğu həmkarları ilə arasında inciklik, soyuqluq olsun. Hə, aralarında elələri var. Röyanın onlarla münasibəti yoxdur..
Bunu Lent.az-a müğənni Röyanın prodüseri Kənan Bayramov deyib. K.Bayramov Röya ilə həmkarları Natəvan Həbibi, Samirə, Sevda Yahyayeva, Zamiq və Samir Cavadzadənin küsülü olduğu barədə iddialara münasibət bildirib.
Xatırladaq ki, müğənni Zamiq Lent.az-a açıqlamasında Röya ilə aralarında ciddi bir problemin olmadığını vurğulayıb. Sevda Yayhayeva bu mövzuda susmağı üstün tutub, Samirə isə iddiaları qətiyyətlə təkzib edir.