Hər şey tanrı əlindədir.
Əcəl Allah əmrindədir.
Ömür qarğa ömründədir,
İnsafın yox yalan dünya.
Qoymayırsan vursun başa,
Gömdürürsən torpaq,daşa
Bir dəfə də əcəl çaşa
İnsanlar əvəzi gedəsən dünya
Qoca,cavan fərqi yoxdur
Hər şey vardır,ömür yoxdur
Ölümlərdən gözü toxdur.
İnsafın yox yaman dünya.
Əcəl çıxıb səyahətə
Gəzir dalan,hər döngədə
İmtahandır bu millətə
İnsafın yox,yaman dünya
Biri ölür,dirilən var
Məhəbbətlə döyünən var
Adı daşa yazılan var
İnsafın yox yaman dünya