Bəzən sevən insan elə bir səhv edir ki , qıraqdan özü baxanda onu necə etdiyinə məəttəl qalır. Məndə elə bir səhvə yol verdim. Çooooxxx sevdim, ölümünə sevdim bəlkə də. Sevgim qarşılıqlı idi, ancaq yersiz qısqanclıqlar, küsgünlüklər insanı təngə gətirir. Ondan yorulduğumu, bezdiyimi zənn etdim, yeni bir həyata başlamaq üçün yeni birinə üz tutdum. Əvvəl xoşbəxt olduğumu düşünürdüm. Başqa nə istəyə bilərdim ki... Sevgi var, qısqanclıqç kin yox... Bir müddətdən sonra onu gördüm, artıq yanında bir qız var idi... O, ailəli idi, eşitdiyimə görə heç sevmirmiş, gündə birilə gəzib evə gec gedirmiş. Nə isə, həmin gün dözməyib yaxınlaşdım ona. 5 ay bundan əvvəl ayrıldığım sevdyimdən əsər-əlamət qalmamışdı, çox dəyişmişdi. Məni görəndə əlin gizlətdi. Bir zaman yanımda əlində məni unutmasın deyə əlini kəsib adımı yazmışdı. Əlindən tutub ovucunu açdım, içində yenə adım yazılı idi, amma adımın ustündən böyük bir xətt də çəkildiyini gördüm. Adım kimi mənim də üzərimdən xətt çəkildiyini bilirdim. Özümüm tuta bilmədim, əllrəimi üzümə tutub ağladım, gözlərimdən yaş damla-damla axırdı. O isə " Sən o deyildin, Sən sevirdin məni, o hərəkəti mənə niyə etdin deməyə dilim gəlmir. Artıq geriyə yol yoxdu. Mən ailəli, sən...? Bilmirəm... Tək sözüm xoşbəxt ol, sev sevil. Sevəcəksən əminəm, amma mənim qədər səbi sevən tapılmayacaq, unutma...!!! " dedi və getdi..
Mən isə bunları deyəcəkdim ona:---
--- Səbəbini bilmirəm, amma bu gün həmişəkindən daha çox ehtiyacım var sənə ...
--- Sanki köhnəlmişəm, antik əşyayam bu gün. Yenə batır günəşlə birlikdə itir bütün müqavimətim, ümidlərim...
--- " Mən artıq onsuz edə bilirəm " dediyim günlər toz-tüstü olub yapışdı yenə boğazıma, nədənsə tuta bilmirəm sənsizliyin üsyanını bu gün...
--- Damla-damla axır gözyaşlarım...
--- Bax, yenə çəkildi evli evinə, kəndli kəndinə...
--- Səbəbini bilmirəm, amma evsiz, kəndsiz qaldım bu gün, bu gecə...
--- Hər kəs sığınacaq bir dam tapdı gerçək mənliklərdə, mənsə sənsizliyin şəxsiyyətsiz damına sığındım yenə...
--- Mənə gələn bütün yollar,döngələr bağlandı, yolsuz qaldımda dönə bilmədimmi? Yoxsa çıxmaz yoldan çıxış yolunu tapdım özümə?! Bilmirəm səbəbini, nəticəsini, amma çox təkəm bu gecə...
--- Sanki Açılmayan düyün, sübuta yetirilə bilinməyən cinayətlər kimi sənsizlik...
Çatmır yaşamağa, bir mən bir də sənsizlik...
--- Səbəbini bilmirəm, amma çox sıxır bu gün, bu gecə bu naməlumluq...
Necə oldu da itirdim Səni, Sən də Məni? Səbəbini anlamıram, düşünürəm, düşünürəm... Axı unutmuşdum səni... Mən artıq sənsiz edə bilirdim, yenə nə oldu mənə? Düşünürəm, düşünürəm... Axı unutmuşdum səni... Həyatımın mənasıydın, qəlbimin tək açarıydın... Necə oldu da itirdim Səni, Sən də Məni? Düşünürəm, düşünürəm... Axı unutmuşdum səni... Yenidən həyatıma gəlsən, bunu nəyə borclu olardım? İçimdəki Sənsizliyə, yoxsa sonsuz sandığım, hələ də acı xatirələrlə qəlbimi qovuran sevgimə? Düşünürəm, düşünürəm... Axı unutmuşdum səni...