Allahım mənə elə sevgi ver ki

Son güncelleme: 28.05.2011 14:55

  • noimagenoimagenoimage

    Rəbbim bir insan qoy qəlbimə
    Amma o insan Sənin də sevdiyin olsun
    Və mənə elə bir insan sevdir ki,
    O insanın ürəyi Səni sevən bir məbəd olsun...

    noimagenoimagenoimage
    Məni elə bir insanla görüşdür ki,
    Məndən əvvəl onunla görüşmüş olan Sən olasan
    Onunla əl-ələ tutduğumuzda
    İkimizin üzərində Sənin əlin olsun...


    noimagenoimagenoimage
    Mənə elə gözlər göstər ki,
    Mən o gözlərdən Sənə baxım
    Mənə elə bir sevgili ver ki,
    O gözlər Cənnətə açılan iki pəncərə olsun...


    noimagenoimagenoimage
    Onunla elə bir yolda gedək ki,
    Bələdçimiz Sən olasan ey Rəbbim.
    Elə bir sevgili ver ki mənə,
    Ona sarıldığımda kainat bizə baxsın...


    noimagenoimagenoimage
    Bir-birinə sarılsın,
    Sevgimiz qurdla quzuları barışdırsın.
    Bizə baxıb şeytan Adəmə səcdə etsin,
    Günah savab uğrunda özünü fəda etsin....


    noimagenoimagenoimage
    Ölülər bir-bir oyansın sevgimizlə.
    Bizə elə bir sevgili ver ki,
    Sevgimizdə Məhəmməd (s.ə.v) sevilsin
    Elə sevək ki bir-birimizi
    Hz. Xədicə göylərdən bizə səslənsin
    Və desin ki,
    "Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə, biz də onlardayıq."


    noimagenoimagenoimage
    Bax Eşqimiz bir daha yaşanır yer üzündə..
    Allah eşqimizi elə çox sevir ki, minlərlə insana yaşadır.


    noimagenoimagenoimage
    Allahım əgər mən Sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni Cənnətinə. Əgər Cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni atəşə. Mən, Sənə olan eşqimdən ibadət edirəm . Sən istəsən Cənnətinə qoyarsan, istəsən Cəhənnəminə.


    noimagenoimagenoimage


    Şer..alıntı..
#28.05.2011 14:55 0 0 0