Lənkəran sakini intihar edib

Son güncelleme: 06.06.2011 01:17
  • noimage

    Azərbaycanın Lənkəran şəhərində intihar hadisəsi baş verib.

    APA-nın Cənub bürosunun məlumatına görə, şəhərin Səttarxan küçəsi, döngə 2 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Vüqar Şirməmməd oğlu Babayevin meyiti bu gün saat 12:00 radələrində həyətlərindəki qoz ağacından ipdən asılmış vəziyyətdə aşkarlanıb. Mərhumun üstündən ölümündə heç kimin günahının olmadığı, həyatından bezərək intihar etməsi barədə məktub tapılıb.

    Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
#06.06.2011 01:17 0 0 0