Bakıda çürümüş uşaq meyiti tapılıb

Son güncelleme: 08.06.2011 22:27
  • noimage

    Sellofanın içərisində meyiti itlər parçalayıb


    Bakıda çürümüş uşaq meyiti tapılıb. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.


    Bu gün saat 14.00 radələrində 39 saylı orta məktəbin qarşısında uşaq meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə polis əməkdaşları göndərilib. Əraziyə baxış keçirilərkən məktəbin qarşısında sellofanın içərisində çürümüş uşaq meyiti aşkar edilib. Meyit ərazidə olan itlər tərəfindən parçalandığı üçün onun cinsini müəyyən etmək mümkün olmayıb. Körpənin 6 aylıq olduğu müəyyənləşib.


    Hazırda polis körpənin valideynlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

    Qaynaq:Lent.az
#08.06.2011 00:36 0 0 0
  • üzüldüm..
#08.06.2011 03:09 0 0 0
  • bende ...:((
#08.06.2011 22:27 0 0 0