Azərbaycanlı gənc sənətçi Ülviyyə Rəhimova Gürcüstanın Mədəniyyət və Turizm Nazirliyi və Tiflis şəhər merinin birgə təşəbbüsü ilə həyata keçirilən "Kavkaz Jazz 2011" festivalında iştirak edir.
Bu barədə Lent.az-a məlumat verən müğənni deyib ki, iyunun 6-dan start götürən festival 4 gün davam edəcək. Tədbirdə cəmi üç ölkə - Azərbaycan, Ermənistan və Gürcüstan təmsil olunur.
Gürcüstanı sözügedən festivalda "T-Blues Mobile", "4 Synthesized" qrupu, Ermənistanı isə "Crossroad Blues Band" qrupu təmsil edir.