"Eurovision 2011" Mahnı Müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal Türkiyədə səfərdədirlər.
Lent.az-ın məlumatına görə, El-Nikki dueti iyunun 10-da "Kanal D"nin məşhur "Beyaz Show" verilişinə qatılıb. Verilişin aparıcı Beyazıt Öztürkün qonaqları arasında hərbi xidmətini yenicə başa vurmuş müğənni Alişan da olub.
Eldar və Nigar qalib olduqdan sonra keçirdikləri hissləri məşhur proqramda bir daha anladıblar. Ardından onlar "Runnig Scared" mahnısını canlı yayımda oxuyublar.