Sumqayıtda külli miqdarda qanunsuz dini ədəbiyyat aşkarlanıb

Son güncelleme: 13.06.2011 11:58
  • noimage

    Sumqayıt şəhərində xeyli miqdarda qanunsuz dini ədəbiyyat aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Sumqayıt ŞPİ 2-si PB əməkdaşlarının iyunun iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, H.Z.Tağıyev qəsəbəsə sakini Pavel Byakovun rəhbərlik etdiyi qeyri-rəsmi fəaliyyət göstərən dua evi aşkarlanıb.

    Axtarış nəticəsində həmin evdən 4 min 645 ədəd dini bukletlər, 9 min 229 ədəd dini ədəbiyyat, 152 ədəd dini dərslik və 2 min 470 ədəd dini məzmunlu dəvətnamələr aşkar edilərək götürülüb.

    Həmin vəsaitlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

    Qaynaq:Lent.az
#13.06.2011 11:55 0 0 0
  • teşekkürler
#13.06.2011 11:58 0 0 0