Alyona Apina Bakıda konsert verəcək

Son güncelleme: 19.06.2011 01:09
  • noimage

    Rusiyanın məşhur estrada ulduzu Alyona Apina iyulun 2-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

    Lent.az-ın məlumatına görə, məşhur sənətçi Bakının tanınmış əyləncə məkanlarından birində səhnəyə çıxacaq.

    Alyona Apina ilə birlikdə Rusiyanın "2+2" qrupu şou-proqram nümayiş etdirəcək.

    Bundan başqa, latin-amerikan və idman rəqslərinin məşhur ustaları Anton Çebıkin və Natalya Mojinanın da həmin gün çıxışı gözlənilir.

    Lalə
#19.06.2011 01:09 0 0 0