Uşaqları zərərli qidalardan qoruyun

Son güncelleme: 24.06.2011 01:04
  • noimage

    Həmin qidaların siyahısını təqdim edirik

    Övladını sevirsənsə, onu qoru... Nədən? Hər şeydən-gözdən,soyuqdan, küləkdən, istidən və ən əsası zərərli qidalardan. Uşaqlar üçün qorxulu olan bir çox qidaların siyahısı tərtib edilib. Bu gözəl uşaq bayramında həmin qidalarla sizi də tanış edirik:


    1. Dondurma. Tərkibində tez xarab olan maddələr var.

    2. Hamburqer. Hazırlanarkən zərərli yağlardan istifadə olunur. Bu da uşağı kökəldir.

    3. Tort.Şəkəri və yağı çoxdur. Çox yedildikdə bağırsaqlara ziyandır.

    4. Çipsi. Xeyrindən çox ziyanı var.

    5. Kolbasa və sosiskalar.Tərkiblərində soda və nitrit varsa, yeməyin. Sosiskalardan kiçik uşaqlar boğula da bilər.

    6. Şokolad. Kakao və şəkəri çoxdur. Xolesterini artırır.

    7. Qovrulmuş qarğıdalı (buna partladılmış qarğıdalı da deyirlər). Doymuş yağlar tərkibində çox olur.

    Bundan əlavə makaron, göbələk, konservləşdirilimiş balıq, rəngli qənd, dondurulmuş qidalar, paketdə hazırlanmış şorbalar və s. yemək növləri də uşaq üçün təhlükəli sayılır. Deyəcəksiniz daha nə qaldı ki..? Uşaq ac qalsın?

    Əsla yox, bu sadaladığımız qidaları da uşaqlara vermək olar. Ancaq nəzarət altında. Yəni, qida köhnə olmasın və mütəmadi qəbul etməsinlər. Sadaladığımız təhlükəli maddələr də tərkibində çox olmasın.

    Alıntı..
#24.06.2011 01:04 0 0 0