5 qidanın zereri

Son güncelleme: 24.06.2011 01:09
  • Dietoloqlar insan orqanizminə ən zərərli 5 qidanı müəyyənləşdirib.

    Söhbət yalnız sağlamlığa deyil, bədən quruluşuna da ziyan olan qidalardan gedir.
    Beləliklə, ilk yerdə kartof çipsləri gəlir. O, tərkibindəki yağ və karbohidratlara, həmçinin dadverici kimyəvi qarışıqlara görə zərərlidir.
    İkinci yeri şirin qazlı sular tutur. Onların tərkibində şəkər həddindən artıq çoxdur.
    Qızardılmış yağlı ət: bunun ziyanı haqda artıq şərhə ehtiyac yoxdur.
    Sosislər, sardelka, xüsusilə qızardılmış kolbasa: onların tərkibində sağlamlığa zərər vuran çoxlu sayda qatqılar olur.
    Nəhayət, şirin batonlar. Onlar tərkibindəki yüksək kalori və şəkərə, həmçinin kimyəvi maddələrə görə çox ziyanlı qida sayılır.
#24.06.2011 01:09 0 0 0