İş həyatının gərginliyi və bitib tükənməyən toplantıların günlük qida vərdişlərimizə mənfi təsirləri olur.Bu təsirlərin sayını azaltmaq üçün gündəlik qida rasionumuzdan qoz, İncil, qaysı və qatığı əksik etməməliyik.
Vaxtı-vaxtında qidalanmamaq işə diqqəti azalda bilər. Xüsusilə də gün ərzində yemək yeməyə vaxt ayıra bilməyən insanlarda ən çox rastlanan problem axşam evə gedərkən günün stressindən uzaqlaşmaq üçün çoxlu yemək yemələridir.
Piylənmənin qarşısını alır...
Həddindən artıq yemək yedikdə qarın nahiyəsində piylənmə və maddələr mübadiləsinin pozulması baş verir. Gün ərzində müəyyən fasilələrlə qidalanma həm ağır iş prosesinin səbəb olduğu zehni funksiyalardakı azalmaya əngəl olur, həm də maddələr mübadiləsinin sürətini artıraraq piylənmənin qarşısını alır.
Əncil hüceyrələri yeniləyir...
Əncil tərkibində B1, B2 vitaminləri bol olan və fosfor kimi minerallarla hüceyrələri yeniləyən bir qidadır. Tərkibində yüksək miqdarda kalsiyum olduğuna görə, sümüklərin sağlamlığında incilin çox böyük rolu var. Hər quru meyvədə olduğu kimi xollestrolun azaldılmasında da böyük payı var.
Qoz yorğunluq hissini aradan qaldırır...
Qozun tərkibi yüksək miqdarda yaö turşuları ilə zəngin olduğuna görə, ürəyin sağlamlığında böyük rol oynayır. Xüsusilə gün ərzində yorğunluqdan uzaqlaşmaq üçün qoz yemək məsləhət görülür. Lakin bu qidaları yeyərkən onların yüksək kaloriyə malik olduqlarını unutmamaq və miqdarlarına diqqət etmək lazımdır.
Qaysıya dırnağarası baxmayın...
Təzə ya da qurudulmuş meyvələri daşımaq həm rahatdır, həm də gündəlik şəkər ehtiyacını azaltmağa kömək edir. Qoz, fındıq, badam kimi çərəzlər, asan qidalanmağa, enerji toplayaraq qanda şəkərin miqdarının azalamasına səbəb olur. Həmçinin yorğunluğu azaldır.
Qurudulmuş qaysının tərkibində kalsium olduğundan ürək əzələləri ilə yanaşı bütün bədən əzlələrinin və sinirlərin yaxşı işləməsinə səbəb olur. Qaysı həzm sistemini yaxşılaşdırmaqla yanaşı bağırsaq xərçəngindən də qoruyur.
Qatıq və pəhriz peçenyeləri...
İş zamani ara-sıra qidalanmaq üçün aclıq hissini dəf edəcək kəpəkli peçeniyelər və yoqurt yaxşı alternativ ola bilər. Qeyd edək ki, 3 ədəd quru qaysının tərkibində 50 kalori, 2 ədəd quru İncilin 100, 1 orta boylu bananın 100, 2 ədəd qozun tərkibində isə 45 kalori var. Odur ki, bu qidalarə qəbul edərkən miqdarlarına da diqqət edin.