Sənsiz yaman darıxmışam

Son güncelleme: 25.06.2011 11:48
  • noimage
    Ürəyimdə suxurlanmış məhəbbətin izlərini,
    Baxışınla yaşadarsan ilk eşqimin bənzərini ,
    Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini,
    Od almışam sifətindən , axıb sənə qarışmışam
    Sənsiz yaman darıxmışam!
    noimage
    Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad
    Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad
    Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad,
    Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam
    Sənsiz yaman darıxmışam!
    noimage
    O gülüşün nə şirindir, həsrətinsə yaman cətin
    Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin?
    Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin
    Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam
    Sənsiz yaman darıxmışam!
    noimage
    Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm,
    Elə bilmə saclarına sıgal cəkən bir küləyəm,
    Uzaqdasan...Xəyalınla yaşayıram , elə bil ki səninləyəm
    Harda olsam seni hər an düşünməyə calışmışam
    Sənsiz yaman darıxmışam!
    Sənsiz yaman darıxmışam!
    noimage
    Alıntı şer...
#25.06.2011 11:48 0 0 0