Neçə bahar keçdi ayrılığımızdan...Neçə fəsl keçdi niyə gəlmədin axı...Həyat bu qədərmi qəddardı?!Vaxtsız ayrılığı niyə yaşatdı bizə.Hələdə verdiyin güllər ilk gündəki kimi əzizləyib saxlayıram dəftərimin arasında.O güllərdir bəlkə məni bu həyata bağlıyan.Ancaq ürəyimdəki sənsizliy əzab verir. yaşadığım bu həyatda heçnə səni əvəz etmir...Nə bilərdim bir gün bu cümlələri quracam...Sən gedəndən o küçələri tək gəzərək səni xatırlamaqdan yorulmuram...Səninlə keçirdiyim o xoşbəxt anlar beynimdən silinmir.Getdiyim küçələrdə bəlkə qrşıma çıxarsan...Hardasan axı ... Xəritələrə baxıram evin yox. Sözlərə baxıram adın yox. Özümə baxıram səni görürəm, çünki məndən başqa yerin yox...İçimdəki səni heç kəslə bölüşmədim.Sən tək mənə aid idin.Mən Sənsizəm..! Gecənin yaxınlaşdığı saatlarda. ... Görmə ağladığımı... Başlayan xülyam şəfəqlə birlikdə dağılır qəflətən hər gün batımı...Bəlkədə məni görürsən izləyirsən...Niyə axı bir işarə bir ümid göndərmirsən mənə...Sənə halbuki o qədər ehtiyacım varki...Mənidə özünlə apardın bilmədiyim görmədiyim o dünyaya...Kaş məndə olardım yanında...
Xatırlayırsan? Demişdim "Ya bir gün olmasan?" Əsəbləşib "Mənə belə suallar vermə" demişdin.Çünki, həyatında ilk dəfə mənsizlikdən qorxmuşdun. Amma indi sən yoxsan...Qəlbimdə ən xoş günlərdən qalan dərin yarasan, ağlamaq istəyəndə gözlərimdə donub qalırsan.Əllərimdə üşüyür qışın soyuğunda, sən isitməyə gəlmirsən. Bağlıdır qəlbimin bütün qapıları, sən açmağa gəlmirsən. Bu qış dondurub ruhumu, Kimsəsiz uşaqlar kimi səssiz qalmışam...Sən gedəndən bilmirəm nə ilə özümü təsəlli edim...Bir gün başqasının əllərimdən tutmasından çox qorxuram..Çünki biz söz vermişdik And içmişdik heç vaxt ayrılmayağımıza...Mən indən belə istəsəmdə bir başqasını sevə bilmərəmki...Əlimdən tutaraq "Səni sevirəm"dediyin anlar... Məni qucaqladığım anlar, sən mənimsən dediyin anlar, saçlarımı oxşayıb öpdüyün anlar yadıma düşəndə dəli oluram...
Başqalarında Səni axtarıram, sənin gülüşünü, səsini, nəfəsini axtarıram. Ama tapa bilmirəm. Heçkim Sən ola bilmir...Hər gecə yatmazdan qabaq ilk səni düşünürəm. Bəzən yata bilməyim uzun çəkə bilir. Çünki səni xəyal etməkdən doymuram. Yuxumda səni görmək istəyirəm, ama görə bilmirəm. Niyə yuxuma gəlmirsən? Səni yuxumda görməyə də haqqım yoxdu? Bir dəfə gəl, bircə dəfə...
Bu mənə bir ömür bəs edər sevgilim...Bu həyatın cəzası idi mənə bilirəm sən əsgərliyə getdiyin gün...O gün içimdə dəhşət qorxu var idi amma pis olmayasan deyə dilimə gətirə bilmirdim...Yola salarkən hətda dəfələrcə tapşırdım hər gün yaz mənə...Yazdında...Ölüm xəbərin gələnədək...