Azərbaycanda peşəkar və qeyri-peşəkar bəstəkarlar kimlərdir?

Son güncelleme: 27.06.2011 16:07
  • noimage

    Milli.Az xəbər portalının verdiyi məlumata görə, Azərbaycan bəstəkarı Eldar Mansurov ATV kanalında yayımlanan "Gün keçir" verilişinə müsahibəsində "gənc bəstəkar" anlamının olmadığını bildirib.

    "İndiki zamanda bizim kimi bəstəkarlara az müraciət olunur. Çünki indi daha çox müasir, ritmik mahnılara üstünlük verilir. Mən lirik mahnı yazan bəstəkaram. Bu gün mənim lirik mahnımı ifa edən hər hansısa bir müğənni televiziyaya müraciət edir, qəbul etmirlər, daha çox ritmik mahnı istəyirlər", - o dedi.

    Verilişdə iştirak edən aparıcı Murad Arif də bu haqda öz fikirlərini söyləyib: "Bəstəkarlıqda musiqi təhsilinin olması mənim üçün vacib deyil. Əsas məqsəd indiki zamanın nəbzini tutub ortalığa yaxshı iş çıxarmaqdır".

    Verilişdə həmçinin bəstəkar və oranjimançı Vüqar Camalzadə, müğənnilər Lalə Məmmədova və Xəyyam Nisanov da iştirak edirdilər.

    Lalə Məmmədova söylədi ki, hər bir mahnı yazan insanın öz dəsti-xətti olmalıdır. "Murad Arif qeyri-peşəkar olsa da indiki zamanın nəbzini tuta bilir. Mahnıları da çox sevilir. Mən məktəb illəri mahnısını ifa edəndə mənim musiqi təhsilim yox idi. Bəlkə də peşəkar bəstəkarlarla işlədim deyə musiqi savadımın olmaması hiss olunmadı. Daha sonra musiqi təhsilimi aldım", - o, dedi.

    Verilişdə iştirak edən Vüqar Camalzadə yeni mahnı yazan insanlara kömək əlini uzatmağın vacib olduğunu bildirib. Bununla yanaşı, mahnı yazan bəstəkarın musiqi təhsilinin olmasının da önəmli olduğunu vurğuladı.

    Emiliya
#27.06.2011 16:07 0 0 0