Ermənilər də Rusiya ilə birgə silah istehsal edəcəklər

Son güncelleme: 01.07.2011 13:07
  • noimage

    Yaxın gələcəkdə Ermənistanda silah istehsal edəcək 9 rus-erməni müştərək müəssisəsi açılacaq.

    APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib.

    Həmin müəssisələrin nə istehsal edəcəyi barədə açıqlama verməyən A. Baqdasaryan deyib ki, Azərbaycanla hərbi balansı saxlamaq üçün Ermənistan öz hərbi arsenalının adekvat gücləndirilməsini həyata keçirir. O, Ermənistanın bu addımı həmin məqsədlə atdığını gizlətməyib.

    Qaynaq:Lent.az
#01.07.2011 13:07 0 0 0