Tərkibi:
1 xiyar,
1 yumurtanın sarısı,
2 xörək qaşığı qaynadılmış xırda yemək duzu və ya qidada istifadə oluna bilən dəniz duzu
Hazırlanma qaydası:
Xiyarı sürtgəcin xırda gözündən keçirin. Sonra alınmış xiyar kaşasını tənzifin arasına qoyub suyunu sıxın. Yumurtayla duzu qarışdırın, sonra isə üzərinə xiyar suyunu əlavə edin. Hazır maskanı ya yarı nəmli, ya da quru saçlara sürtmək lazımdır. Sonra isə başda istilik effekti yaradaraq maskanın effektini daha da artırmaq üçün üzərindən polietilen plyonka ilə bağlayıb məxmər dəsmalla örtün. Maskanı saçlarınızda 30 dəqiqə saxlayıb sonra isti su ilə yuyun.